Əmək müqaviləsi

Əmək müqaviləsi nədir?

1481 izlənmə

Paylaş

 

7

Paylaşılma tarixi

12 oktyabr 2014 14:27

Əmək müqaviləsi işçi ilə işə götürən arasında hüquqları tənzimləyən sənəddir. Əmək müqaviləsi iki nüsxədə bağlanmalıdır. Bir nüsxə işə götürəndə, digər nüsxə işçidə qalmalıdır. Əmək müqaviləsi Azərbaycan qanunvericiliyinə əsasən əsas şərtdir. Qanunvericiliyə əsasən əmək müqaviləsi mütləq şəkildə və yazılı olaraq bağlanmalıdır. Şifahi razılaşmanın heç bir hüquqi əsası yoxdur. Əgər yazılı olaraq bağlanmazsa gələcəkdə işçi ilə işə götürən arasında mübahisələr yaranarsa, bu zaman onlar arasındakı məsələlər  zamanı tərəflərin məhkəmədə bir nəticə əldə etmək kimi şansı olmayacaqdır. Ona görə də əmək müqaviləsi bağlanarkən müqavilənin şərtlərinə diqqət etmək lazımdır. Müqavilə boş kağız üzərində deyil, bütün şərtlərin dolğun şəkildə öz əksini tapması zamanı bağlanmalıdır və tərəflərdən birində mütləq əmək müqaviləsi saxlanmalıdır. Bəzən işçi ilə işə götürən arasında şifahi razılaşma olur. Əmək məcəlləsinin 43-cü maddəsinə əsasən göstərilməli olan şərtlər öz əksini tapmır. Belə olduğu zaman gələcəkdə hər hansı problem olduğu zaman həmin şərtləri tələb etmək br qədər çətin olur. 43-cü maddədə qısa olaraq işçinin adı, soyadı, ata adı, işəgötürən və onun adı, iş yerinin ünvanı, işçinin əmək haqqının miqdarı, işin funksiyası və s. öz əksini dəqiq olaraq tapmalıdır ki, sabah işə götürən işçidən əmək funksiyasına daxil olmayan bir işi görməyi tələb etdikdə işçi öz hüquqlarını tələb edə bilsin və ya məhkəmədə söz haqqı olsun. Müqavilədə iş və istirahət vaxtı, əmək məzuniyyətləri, sosial məzuniyyətlər, əmək haqqı və əmək haqqına əlavələr, işçinin əlavə öhdəlikləri də müqavilədə dolğun şəkildə öz əksini tapmalıdır. Daha bir şərt isə əmək müqaviləsinin dəqiq bağlandığı tarix  və müddətli müqavilədirsə müqavilənin bitəcəyi tarix dəqiq şəkildə öz əksini tapmalıdır. 

Etiketlər :