Saz

Sazın tarixi hardan başlayır?

837 izlənmə

Paylaş

 

4

Paylaşılma tarixi

27 oktyabr 2014 11:37

Saz qədim zamanlardan türk dünyasının əvəzedilməz musiqi aləti olmuşdur və türk xalqlarının mədəniyyətlərində əvəzedilməz rola sahib olmuşdur.  Saz aləti böyük təkamül yolu keçmişdir və aşıq sənətinə çevrilmişdir. Qopuzda eyni yolu keçərək saz formasını almışdır. Sazın müasir formasını 16-cı əsrdə Səfəvi hökmdarı Şah İsmayıl Xətainin dövründə aldığı güman olunur. Ş.İ. Xətai qoşmalarının birində sazı belə tərif etmişdir:

Bugün mən ələ almaz oldum sazım

Ərşə dirək-dirək çıxar mənim avazım

Dördü şifadır,hər qarın dişə lazım

 Bir elm,bir kəlam,bir nəfəs, bir saz

Bu seirdəndə görünür ki, Xətai sazın türk xalqlarının mədəniyyətində necə əhəmiyyətə malik olduğunu göstərməkdədir. Tarixi faktlardan da belə qənaətə gəlmək olar ki, saz 16-17-ci əsrlərdə öz müasir formasını almışdır. Bundan əvvəl isə saz çopur formasında olmuşdur . 12-13-cü yüzillikdə isə qopuzun çovurla əvəzlənməsi baş vermişdir. 16-17 əsrlərdə isə sazın çopurla əvəzlənməsi baş vermişdir. 

Etiketlər :