Meyvə şirələri

Meyvə şirələri alarkən nələrə diqqət etmək lazımdır?

671 izlənmə

Paylaş

 

1

Cahangir Əliyev

Tibbi profilaktika

Paylaşılma tarixi

02 dekabr 2014 13:49

Hal-hazırda Azərbaycan bazarında bir çox çeşiddə, adda meyvə suları mövcuddur. Bu isə istehlakçının fikrini bir qədər qarışdıra bilər, amma meyvə suyu alarkən diqqət edəcəyimiz bir neçə məsələ vardır:

1.Meyvə suyunun tarixi

2.Meyvə suyunun saxlanma şəraiti

3.Meyvə suyunun qablaşdırılması

4. Meyvə suyunun rəngi

Hal-hazırda meyvə sularının keyfiyyətini itirməməsi üçün şüşə qablardan və tetrapak qablaşdırmalardan istifadə edilir. Şüşə qabın fərqi odur ki, alıcıların çoxu istehsal tarixinə fikir vermədiyi üçün meyvə şirəsinin rəngini görə bilir və şüşə qablar daha çox günəş şüalarına məruz qalır. Tetrapak qablaşdırmanın üstün cəhəti isə içərisində olan meyvə suları birbaşa günəş şüasına məruz qalmır. Bilmək lazımdır ki, maddələr günəş şüasına məruz qaldığı zaman tərkibində parçalanma və dəyişmələr baş verir. 

Etiketlər :