20 Yanvar (Qanlı yanvar)

20 Yanvar qətliamının mahiyyəti nədən ibarətdir?

907 izlənmə

Paylaş

 

1

Şamxal Əbilov

Beynəlxalq əlaqələr

Paylaşılma tarixi

17 yanvar 2015 18:14

Qara Yanvar qətliamı 1980-cı illərin sonuna doğru Ermənistan SSR-in Dağlıq Qarabağda və İravanda azərbaycanlı əhaliyə qarşı özbaşınalıq siyasətinə qarşı Azərbaycanda meydana gələn milli azadlıq hərəkatını yatırtmaq üçün Sovet rəhbərliyinin Azərbaycanın paytaxtdı Bakıda dinc əhaliyə qarşı həyata keçirdiyi terror aktıdır. Belə ki, Ermənistan SSR-nin 1989-cu il dekabrın 1-də Sovet Konstitusiyasını pozaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbuletməsi Ermənistan tərəfindən Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktı idi və bu Azərbaycandakı milli azadlıq hərəkatını daha da alovlandırdı. Mərkəzi hakimmiyyətin, gözlənildiyi kimi, bu kobud müdaxilə faktınagöz yumması tərəflər arasında mövcud olan gərgin vəziyyəti daha da kəskinləşdirdi və bu hadisə Azərbaycanın paytaxtında sovet rəhbərliyinin iki üzlü siyasətinə qarşı ümummilli nümayişlərin başlanmasına səbəb oldu. Buna görə də, Sovet hakimiyyətinə qarşı milli azadlıq hərəkatını yatırtmaq üçün Qorbaçov başda olmaqla SSRİ rəhbərliyi Azərbaycana qarşı daha dəhşətli bir cinayətə əl atdı. Əsas hədəf kimi Bakı seçilmişdi. Sovet dövləti öz vətəndaşları qarşısındakı konstitusiya öhdəliyini pozaraq ən müasir texnika və silahlarla silahlanmış iri qoşun kontingentini şəhərə yeritməklə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qanlı qırğın törətdi və bu hadisə “Qara Yanvar” qətliamı olaraq tarixin yadaşına həkk olundu.

Etiketlər :