Kompüter şəbəkələri

IP nədir? Neçə sinifdən ibarətdir?

2332 izlənmə

Paylaş

 

6

Əhəd Məmmədov

İnformasiya texnologiyaları

Paylaşılma tarixi

12 mart 2015 06:58

Bilindiyi kimi, İP internet protokolu deməkdir.  İnternet protokolu 4 hissədən ibarətdir. Biz bunu okted adlandırırıq, yəni 32 bitdən, 4 okteddən ibarət olur və hər biri bir-birindən nöqtə ilə ayrılır. Struktur etibarəli hər biri 8 bit olmaqla 4 okteddən təşkil olunur. Sinif olaraq isə IP 5 sinifdən ibarətdir. Sinifləndirmələr A,B,C,D,E şəklində sinifləndirilmişdir. A sinifi bəzi yerlərdə 0-120 arasında verilir, amma bəzən 0-127 xüsusi IP-lər olduğuna görə A sinifini 0-126 arasıda deyə bilərik. Buna görədə, internetdə 2 fərqli aralıq verilə bilinir. Ümumi olaraq götürsək, 0-127 aralı A sinfi sayılır, 128-191 aralığı B sinfi sayılır, 191-223 aralığı C sinfi, 224-239 aralığı D sinfi, 240-255 aralığı isə E sinfi sayılır. Əsasən A,B,C sinifləri istifadə edilir. D sinfi multi case hesab edilir. E sinfi isə eksperimental, yəni təcrübə məqsədilə düşünülmüşdür və çox istifadə edilmir. IP siniflərin hər birindən xüsusi və lokal IP-lər ayrılmışdır.  

Etiketlər :