Pizza -Salmon (Qızıl Balıq)

Pizza hazırlamaq üçün hansı ərzaqlardan istifadə olunur?

921 izlənmə

Paylaş

 

0

Mustafa Sarı

Kulinariya

Paylaşılma tarixi

16 mart 2015 07:10

Pizza hazırlamaq üçün ilk növbədə pizza xəmiri və pizza sosundan istifadə edəcəyik. Pizza xəmiri üçün lazım olan ərzaqlar bunlardır:

a)    3 stəkan un

b)    1 stəkan ilıq su

c)     1 desert qaşığı duz

d)    1 desert qaşığı şəkər tozu

e)    1 desert qaşığı zeytun yağı

f)     1 desert qaşığı yaş maya

Böyük bir qaba unu töküb bütün ərzaqları üzərinə əlavə edirik və xəmir yoğururuq. Xəmiri nə qədər gözəl yoğurarsaq pizza xəmiri bir o qədər dadlı çıxar.

Pizzanın sosu üçün lazım olan ərzaqlar:

a)    5 ədəd qabığı soyulmuş və rəndələnmiş pomidor

b)    1 yemək qaşığı kərə yağı

c)     1 desert qaşığı sarımsaq

d)    Duz, qarabibər və kəkik

Üstünün ərzaqları üçün salmon balığından istifadə edəcəyik. Bunun üçün:

a)    Hisə verilmiş salmon balığı-80 qr

b)    Capari-30 qr

c)     Şüyüt-10 qr

d)    Mozerella pendiri-140 qr

e)    Reyhan sosu-30 qr

 

Etiketlər :