Novruz Bayramı

Novruz Bayramının tarixi haradan başlayır?

420 izlənmə

Paylaş

 

0

Paylaşılma tarixi

25 mart 2015 08:44

Əslində hər il novruz bayramı ərəfəsində və novruz bayramı günlərində novruz bayramının tarixi insanları çox düşündürür. İnsanlar bu suallara cavab tapmaq istəyirlər. Buna görə də novruz ümumilli bir bayram olduğu üçün onunla təkcə mütəxəssislər deyil jurnalistlər də sadə peşə adamları da hər kəsin novruz bayramı haqqında bir fəlsəfəsi var və eyni zamanda hər kəsin də novruz bayramı ilə bağlı özünün düşüncələri var. Ümumiyyətlə birmənalı şəkildə qeyd etmək istəsək onu deməliyik ki, novruz bayramının konkret olaraq şərq xalqlarından birinin adına yazılması, konkret olaraq onun müəyyən bir tarixə bağlanması mümkün deyil. Məsələ burasındadır ki, novruz bayramının bu günə gəlib çıxan ənənələri, adətləri, mərasimləri, onda olan ayinlərin hamısı bizə tarixdən əvvəlki dövr olan ibtidai icma quruluşunundan xəbər verir. Əslində novruzun indi atəş, od, su və digər belə şeylərlə bağlı fəlsəfəsinin arxasında ilkin insanın təbiətlə iç içə yaşadığı, təbiəti özündən və özünü təbiətdən ayırmadığı bir dövrün fəlsəfəsi durur. Bunu qeyd edəndə əslində novruz onu qeyd edən xalqlardan konkret olaraq hər hansı birinə aid deyil. Bu mənada novruz bayramının yaranmasında, yaşadılmasında əslində türk xalqları ilə bərabər digər qeyri türk xalqların da öz payı var. Novruz bayramının ilk tarixi ibtidai icma quruluşu dövrünə yəni insanların təbiətlə iç içə yaşadığı, təbiətlə birgə yaşadığı, təbiətin obrazlarına, təbiətin obyektlərinə tapındığı, onlara ibadət etdiyi dövrlə bağlıdır. Lakin sonradan biz novruzu tarixi mənbələrdə əhəmənilər dövründə, əşkanilər dövründə biz novruzu görmürük. Tarixi mənbələrdə yoxdur. Lakin 2-ci 7-ci əsrlər sasanilər dövlətində biz artıq novruz bayramını görürük. Lakin bunu təbii ki, konkret olaraq bu günki günlərdə yox müəyyən fərqli formalarda il bayramı kimi, yaz bayramı kimi, ilin dəyişməsi kimi novruz bayramını sasani dövlətinin ərkanında yəni onların dövlət ritualları içərisində və onun dövlət idealogiyasının tərkibində görürük. Daha sonra biz novruzun yerini 11-ci əsrdən səlcuq sultanı Məlikşahın alimlərin iştirakı ilə artıq 11-ci əsrdə Ömər Xəyyam və digər o dövrün astronomlarının iştirakı ilə onlar bir təqvim tərtib elədilər. Təqribən 11-ci əsrdən hətta bu günə qədər biz deyərdik ki, 20-ci əsrin ortalarına qədər 1000 illik bir təqvimdə şərqdə Məlikşah deyə bir təqvim olub və təqvim astronomik ritmlə novruz bayramı orada qeyd olunub. Bu mənada götürəndə novruzun belə zəngin bir tarixi var. Novruz bayramı öz tarixi etibarı ilə ibtidai icma quruluşundan tutmuş türk xalqlarının o cümlədən türk olmayan digər xalqların da bütün o ənənələrini, bütün tarix haqqındakı fəlsəfəsini özündə birləşdirən nəhəng bir bayram kompleksidir. Beləliklə novruz bayramının haqqında, onun tarixi haqqında əgər elmi bir qənaətə gəlmək istəsək onu deyə bilərik ki, novruz bayramı ibtidai icma quruluşu dövründən tutmuş bütün sonrakı quldarlıq, feodalizm epoxası və günümüzə qədər bütün dövrün tarixi fəlsəfəsi, tarixi idealogiyalarını özünə cəzb etmiş, öz idealogiyasının içində əritmiş nəhəng bir bayram kompleksidir. Bu mənada novruz bayramının bü gün konkret olaraq hansısa bir xalqın tarixinə süni şəkildə bağlanması yersiz, qeydi elmi eyni zamanda şərq xalqları arasında dostluğa xidmət etməyən bir hərəkətdir.

Etiketlər :