YFM-2015 Finalı startup layihələri

Appoll startup layihəsi nədir?

802 izlənmə

Paylaş

 

0

İsa Qasımov

Texnopark

Paylaşılma tarixi

22 aprel 2015 17:56

Hazırlamağını düşündüyümüz avtomatik müdafiə qurğusu hal-hazırda insanlar tərəfindən müdafiə olunan obyektlərin qorunması üçün nəzərdə tutulmuşdur. İnsanlar kimi yemə, içmə, yatma ehtiyacları olmadığına görə həmin obyekti 24 saat müdafiə etmə qabiliyyətinə malikdir. Üzərinə quraşdırılmış ik ədəd normal və iki ədəd termal kamera vasitəsilə bu qurğunun gözündən qaçan heç bir hədəf ola bilməz. Çünki, adi kameralar vasitəsilə gündüzlər müşahidə etsədə, termal kameralar vasitəsilə istənilən hava şəraitində qarşıdan 2 km məsafədə gələn hər hansı bir hədəfi görmə qabiliyyətinə malikdir. Gördükdən dərhal sonra isə bu qurğu komandalığa məlumat verə bilər və ya istəkdən asılı olaraq xəbər vermədən atəş açaraq həmin hədəfi zərərsizləşdirə bilər. Bu qurğu 360 dərəcə dönmə qabiliyyətinə malikdir və qoruduğu obyektin hər tərəfindən gələn maneəni görə bilər. Silah tutan qurğu isə 160 dərəcə aşağı və yuxarı hərəkət edərək istər yerdən, istərsədə havadan gələn hədəflərə qarşı aktiv olaraq fəaliyyət göstərə biləcək. qurğunun termal kamerası insanların istiliyinə görə görmə qabiliyyətinə malikdir. İnsanlar təbii ki, öz istiliklərini gizlədə bilməyəcəklər və buna görədə qarşıdan gələn hədəf istər kamuflyaj olmuş olsun, istərsədə qaranlıqda gəlsin, bunların fərqi olmayacaq və bu qurğu onu dərhal aşkara çıxarıb zərərsizləşdirəcək. Bizi bu qurğunu hazırlamağa həvəsləndirən əsas şey odur ki, artıq texnologiya inkişaf etdikcə bir neçə dövlət öz sisteminə bu qurğuları əlavə etmişdir və biz Azərbaycanın bu inkişafdan geri qalmasını istəmirik. Ən əsası isə bəlkə bu qurğu vasitəsilə cəbhədə vuruşan bir neçə əsgərimizin həyatını xilas edə bilərik və bir insanı xilas edə bilmək bizim üçün ən böyük motivasiya olacaqdır. 

Etiketlər :