Sənayenin təşkili və idarə olunması ixtisası

Sənayenin təşkili və idarə olunması ixtisası nədir?

1543 izlənmə

Paylaş

 

12

Pərviz Həsənov

Sənaye mühəndisliyi

Paylaşılma tarixi

29 may 2015 06:32

Irlandiyanın şair və yazıçısı olan Oskar Viltin belə bir sözü vardır: “Optimist insan stəkanın yarısının dolu olduğunu görür, pesimist insan isə stəkanın yarısının boş olduğunu söyləyi. Amma mühəndis stəkanı lazımi ölçüsündən iki qat  daha böyük olmasını söyləyir”. Oskar Vilt bunu bütün mühəndislər üçün söyləmişdir. Bu ifadə sənayenin təşkili və idarəedilməsinin tərifini verməyi tamamlayan bir sözdür. Buradan yola çıxaraq sənayenin təşkili və idarəedilməsinin əsas prinsipləri insan, makina, material, xammal, zaman kimi məfhumların ən yüksək məhsuldarlıqla istifadə edilməsi, sənaye işlərində keyfiyyətin artırılmasıdır. Sənayenin təşkil edilməsinin digər mühəndisliklərdən ən önəmli fərqi bir problemə hissə və parçalar şəklində baxmaq deyil, onu bütöv ələ alaraq problemi həll etməkdir. Digər önəmli fərqi isə bir problemi sadəcə makina və iş problemi olaraq görmür, həm də insan faktorunu nəzərə alan bir sahədir. Burada insan faktorunu nəzərə alan zaman sənayenin təşkili və idarəedilməsi tələbələri sadəcə elmi deyil, bunun yanında ictimai faktorlara da diqqət etmək məcburiyyətindədir. 

Etiketlər :