İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisası

İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisası nədir?

580 izlənmə

Paylaş

 

1

Heydər Eminli

İngilis dili və ədəbiyyatı

Paylaşılma tarixi

20 iyun 2015 07:27

Xarici dili, xüsusilə ingilis dilini daha yaxşı necə öyrənmək olar sualı bir çox insanı hər zaman düşündürmüşdür. Bu sahədə müxtəlif metodlar axtaran, onu ictimaiyyətə təqdim edən, ingilis dili və ədəbiyyatı ixtisası üzrə oxuyub, bu sahəyə dərindən yiyələnən və bu sahə ilə məşğul olan  müəllimlərdir. İngilis dili və ədəbiyyatı ixtisası fundamental ixtisaslardan biri olub, orta və ali ixtisas bazaları üçün ingilis dili müəllimləri hazırlayır. Xarici dili öyrənmək dövlətimizin əsas məqsədlərindən biridir. Məlumdur ki, dövlətimiz qlobal bazar iqtisadiyyatına inteqrasiya edən dövlətdir və müxtəlif peşə sahələrində gələcəyin mütəxəssisi kimi yetişən gənc nəslin müasir xarici dilləri öyrənmələri zəruri hala çevrilir. Qloballaşma dövründə xarici dillərin, o cümlədən ingilis dilinin öyrənilməsi və öyrədilməsi ehtiyacı daha da artır. Bu səbəbdən tədris müəssisələrində ingilis dilini mükəmməl tədris edən peşəkar müəllimlərin hazırlanması ingilis dili və ədəbiyyatı ixtisasının qarşısında duran əsas məsələdir. 

Etiketlər :