Fitrə

Fitrə nədir?

500 izlənmə

Paylaş

 

0

Rövşən Məmmədov

Dinşünaslıq

Paylaşılma tarixi

22 iyun 2015 06:31

Fitrə Ramazan ayının sonunda gündəlik ehtiyaclarını təmin edə bilən və bununla bərabər var-dövlətə sahib müsəlmanların verdiyi, mükəlləf olduqları vacib sədəqədir. Fitrə Peyğəmbər Əfəndimizin (s.a.s) Mədinəyə hicrət etməsindən 2 il sonra orucla bərabər vacib buyurulmuşdur. Sözün kökü ərəbcədən “fitra”sözünə dayanır, mənası yaradılış, fıtrat deməkdir. Fitr sədəqəsi Allahın bizləri kainatda ən üstün varlıq, insan kimi yaratmasının müqabilində təşəkkürün bir ifadəsidir. Səhabədən Abdullah İbn Abbas (r.a) fitrə ilə əlaqəli belə nəql edir: “Rəsulallah (s.a.s)  fitr zəkatını orucluğun faydasız söz və davranışlarından, çirkin və yersiz söz-söhbətlərdən təmizləyən, kasıblara isə yeyəcək olan bir ibadət növü kimi fərz buyurdu”. Bu yönüylə, fitrə Ramazan orucunu tutduğu halda, yersiz söz və davranışları edərək orucunun dəyərini aşağı salan şəxslərin orucunu tamamlanmasına vəsilədir. Fitrə bayram ərəfəsində kasıbların süfrəsindən tutmuş, geyim-keçiminə ehtiyaclarını ödəməsinə yardım edir. 

Etiketlər :