Fitrə

Fitrə nə zaman verilir?

422 izlənmə

Paylaş

 

0

Rövşən Məmmədov

Dinşünaslıq

Paylaşılma tarixi

22 iyun 2015 06:32

Ümumiyyətlə, fitrə, sədəqə, zəkat verəcək şəxslər  Qurani-Kərimdə açıq aydın verilmişdir. Kasıblar, zəkat yığıb paylayanlar, ürəkləri islama yeni isinib bağlanmaqda olan müsəlmanlar, kölələr, borclular, Allah yolunda olanlar və yolçulara verilə bilər. Fitrə ayırarkən və verərkən niyyət edilə bilər, amma bunu kasıba verərkən fitrə olduğunu deməyə ehtiyac yoxdur. Fitrəni qadın ata-anasına, uşaq və ya nəvələrinə verə bilməz. Hər bir kəs fitrəsini 1 və ya 1 neçə yoxsula verə bilər. Bir neçə şəxsdə eyni zamanda öz fitrələrini bir tək yoxsula verə bilərlər. Evdə hər bir nəfərin adına çıxmış fitrə bir nəfərə verilməlidir. Bir nəfərin adına ayrılmış fitrə bir neçə nəfərə paylanılmamalıdır. Ancaq, müxtəlif şəxslərə məxsus fitrə qarışdırılaraq kasıblara paylanıla bilər. Bununla birlikdə fitrələrin ayrı-ayrılıqda verilməsi məqsədə uyğundur. Fitrə verən şəxs yaxın və uzaq məsafədə yaşayan qohum və qonşu içərisində ehtiyacı olana paylamalıdır. Əgər ətrafınızda ehtiyacı olan yoxdursa, başqa yerlərdə yaşayan salih müsəlmanlara verilməlidir. Fitrə verilən şəxslər seçilərkən  qazancı xərcinə çatmayan, gözəl əxlaqlı, əməli saleh olan möminlərə, tələbələrə üstünlük verilməlidir.

 

Etiketlər :