Dövlət və bələdiyyə idarəetməsi ixtisası

Dövlət və bələdiyyə idarəetməsi ixtisası nədir?

1083 izlənmə

Paylaş

 

10

Xanlar Heydərov

Dövlət və bələdiyyə idarəetməsi

Paylaşılma tarixi

22 iyun 2015 08:02

Dövlət və bələdiyyə idarəetməsi ixtisası  universitetlərin iqtisadiyyat və idarəetmə fakültələrinin tərkibində olan ixtisasdır. Bu ixtisas tələbələrin ümumi idarəetmə biliklərinə yiyələnməsini təmin edir və özəl təşkilatların və dövlət orqanlarının ən səmərəli idarə edilməsini öyrədir. Səmərəli idarəetmə forması dedikdə hər bir təşkilatın qarşısına qoyduğu müəyyən məqsədlər olur və bu məqsədlərə minimum məsrəflərlə çatmağa çalışırlar. Bu baxımdan Dövlət və bələdiyyə idarəetməsi ixtisası qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün görüləcək işlərin planlaşdırılması, kimin hansı işi görəcəyinin müəyyən edilməsi, işlərə rəhbərlik edilməsi və alınan nəticələrin dəyərləndirilməsi kimi funksiyaları əhatə edir. Bu baxımdan bu ixtisasın məzunları və bu ixtisasa yiyələnənlər həm dövlət orqanlarında həm də özəl təşkilatlarda yuxarida sadaladəğımız funnksiyaların yerinə yetirilməsində biliklər əldə edirlər. Həmçinin bu ixtisasın məzunları istər dövlət orqanlarında istərsə də bələdiyyə orqanlarında peşəkar idarəçilər kimi fəaliyyət göstərə bilərlər.

Etiketlər :