Sahur və iftar süfrəsi

İftar və sahur süfrələrində israf edilməməsi üçün nələrə diqqət etmək lazımdır?

428 izlənmə

Paylaş

 

0

Rövşən Məmmədov

Dinşünaslıq

Paylaşılma tarixi

24 iyun 2015 10:29

Yemək yemədə ölçülü davranmaq sadəcə Ramazana məxsus bir şey deyildir.İnsan hər zaman yemədə-içmədə ölçülü davranmalıdır.Bu haqda Qurani Kərimdə Əraf surəsi 7/31-ci ayədə belə buyrulur:”Yeyin,için,lakin israf etməyin.Allah israf edənləri sevməz.”

Hər sahədə rəhbər olan Peyğəmbərimiz (s.ə.s) də belə buyurur:”İnsan oğlunun doldurduğu ən murdar qab mədəsidir.Əslində insan həyatının davam etməsi üçün bir neçə loğma yemək yemeyi kifayətdir.Bunu edə bilmirsə,heç olmasa,mədəsinin üçdə birini yeməyə,üçdə birini suya ayırsın,üçdə birini də nəfəs almasına imkan verəcək şəkildə boş buraxsın.”(Tirmizi,Zühd,47;İbn Macə,Ətimə,50)

Tibb elminin məşhur simalarından İbn Sina da demişdir:”Tibb elmini iki sətirdə topladım.Sözün gözəlliyi qısalığındadır.Yediyin vaxt az ye.Yedikdən sonra 4-5saat ara ver.Yemək üstünə yemək yemə.Şəfa həzmdədir.”Çox yemək insan sağlamlığına zərərlidir.

Yemə və içmədə ölçü şəxsə görə dəyişə bilər.Bəziləri çox yeyər,bəzisi də az.Hər kəsin doyacağı loğma sayı da müxtəlifdir.Əsas olan ac olmadan süfrəyə oturmamaq,doymadan da qalxmaqdır.

Bir də israfın başqa yönü də vardır.Günümüzdə Ramazan deyilincə ağla ilk oruc gəlir.Ramazan sadəcə oruc ayıdır mı?Xeyr,Ramazan ayı içərisində bir çox ibadəti ehtiva edən bir aydır.Quran,namaz,zəkat,sədəqə,etiqaf və oruc kimi bir çox ibadətin olduğu bu ay nə yazıq ki, günümüzdə daha çox oruc ibadəti ilə ön plana çıxır.İstehlak cəmiyyətinin də gəldiyi hal-hazırdakı vəziyyətlə mənəvi zənginləşmamizə vəsilə olacaq oruc sanki yemə-içmədən ibarətdir kimi anlaşılır.

Ramazan ayı sadəcə oruc tutmaqdan ibarət deyildir.Ramazanda ancaq orucu hədəfdə tutma,iftar və sahurun gözlənilməsi,yemə-içmə mərkəzli düşünülməsi,sahur və iftar arasında və ya iftar və sahur arasında başqa ibadətlərin və qulluq vəzifələrinin olmaması Ramazanı adına,bir növ israfdır.Ramazan sözü günahları əridən və ya günahları yuyub təmizləyən mənalarına gəlir.”Ramazan ayına yetişib də günahlarından qurtula bilməyən şəxsə yazıq olsun!Belə bir ayda əfv olmadı isə,yaxşı  bəs nə vaxt əfv olunacaq?”(İbn Əbi Şeybə,Müsənnəf,II,270) “Kim,fəzilətinə inanaraq və qarşılığını yalnızca Allahdan umaraq Ramazan orucunu tutarsa,keçmiş günahları bağışlanar”(Buxari,İman ,28,Savm,6;Müslim,Siyam,203)

Etiketlər :