Kimya müəllimliyi ixtisası

Kimya müəllimliyi ixtisası nədir?

837 izlənmə

Paylaş

 

0

Ramil Rzayev

Kimya müəllimliyi

Paylaşılma tarixi

29 iyun 2015 13:55

Heç şübhəsiz ki,hər bir abituriyent ixtisas seçərkən birinci növbədə həmin ixtisasın iş imkanlarının varlığı ilə maraqlanır.Kimya müəllimliyi ixtisası həm birinci növbədə bu ixtisasa yiyələnmiş məzunlarımız həm pedaqoji fəaliyyətlərlə məşğul ola bilər.Yəni respublikamızın müxtəlif regionlarında ümumtəhsil müəssisələrində tədris prossesində kimya fənni tədris edə bilər.Həm də bu ixtisasla bağlı müxtəlif zavod və müəssisələrində işləmək imkanına malik olurlar.Nəzərə alaq ki,kimya fənni neft sənayesi ilə yaxından əlaqəlidir və Azərbaycan da neft ölkəsi olduğuna görə bu ixtisasa yiyələnmiş tələbələrin iş imkanları günü-gündən çoxalmaqdadır.Məsələn müasir dövrdə kimya ixtisası bütün istehsalat prosseslərinə birbaşa və ya dolayı yollarla da əlaqəlidir.Tikinti sənayesindən tutmuş müdafiə sənayesinə kimi,toxuculuq sənayesindən tutmuş əczaçılıq sənayesinə kimi və demək  olar ki,sənayenin bütün sahələrində kimya ixtisasından istifadə olunur.Məhz kimya ixtisasına malik olan tələbələrimiz bu bilik və bacarıqlarından istifadə etməklə həmin istehsal müəssisələrində öz fəaliyyətlərini davam etdirmək imkanına malik olurlar.

Etiketlər :