Damar tutulması

Damar tutulması nədir?

1127 izlənmə

Paylaş

 

3

Elşən Əliyev

Ürək-damar cərrahiyəsi

Paylaşılma tarixi

02 iyul 2015 12:09

Ürəkdən bədənə qan aparan damarlara arteriyalar deyirlər. Arteriyaların içi endotel deyilən bir təbəqəylə örtülmüşdür. Bu təbəqənin zədələnməsi nəticəsində bədən həmin zədələnmiş hissəni örtməyə çalışır nəticədə fibrin lifləri ilə əmələ gələn qabarıqlıq getdikcə damarın içində kirəcləşmə yaradır və damar tutulur. Su çaydanının içərisini ərp tutduğu kimi damarların da içərisi tutulmuş olur. Əgər beyinə qan aparan damarlarda tutulma olarsa bu beyinin insultu ilə nəticələnir.  Ürəyə qan aparan damarlar tutularsa bu özünü infarkt kimi göstərir. Aşağı ətraflara qan aparan damarlar tutularsa bu da özünü aşağı ətrafların qanqrenası kimi göstərir.

Etiketlər :