Bariatrik cərrahiyə

Piylənmə nədir və nə zaman baş verir?

531 izlənmə

Paylaş

 

0

Taryel Ömərov

Bariatrik-Metabolik cərrahiyyə

Paylaşılma tarixi

03 iyul 2015 07:13

Piylənmə müasir dövrün ən aktual problemlərindən biridir. Hətta Amerika büdcəsinin səkkiz faizi piylənmə ilə mübarizəyə sərf olunub. Piylənmə əhalinin orta hissəsinin daha çox əziyyət çəkdiyi patalogiyadır.  Amerika əhalisinin 31 faizi piylənmədən əziyyət çəkir. Piylənmə maddələr mübadiləsinin pozulması nəticəsində dərialtı piy toxumasında həddindən artıq doymamış yağ turşularının toplanması nəticəsində bu piylərin adipoz toxumaya çevrilməsi ilə yaranan xəstəlikdir. Biz buna səssiz epidemiya deyə bilərik. Çünki insan piyləndikcə onun heç bir yerində ağrıları, simptomları, şikayətləri olmadığından onlar özlərini çox rahat hiss edirlər. Onlar həkimə son anda müraciət etdiyinə görə artıq gec olur. Çünki piylənmə artlq 3-cü 4-cü dərəcəyə gəlib çıxmış olur. Qısacası piylənmə cərrahi bir xəstəlikdir. Çünki 1991-ci ildə Dünya Səhiyyə Təşkilatı piylənmənin artıq cərrahi profilli xəstəlik olması haqqında qərar və qətnamə qəbul etdi. Bundan sonra artıq bütün dünyada piylənmə və piylənmə ilə bağlı xəstəliklər cərrahi xəstəliklər kitabında yazılmağa başladı. 

Etiketlər :