Mədə və onikibarmaq bağırsaq xəstəlikləri

Mədə və onikibarmaq bağırsaq xəstəlikləri nədir və hansılardır?

688 izlənmə

Paylaş

 

0

Taryel Ömərov

Bariatrik-Metabolik cərrahiyyə

Paylaşılma tarixi

04 iyul 2015 07:30
  1. Mədə və onikibarmaq bağırsaq xəstəlikləri bu gün günümüzdə ən aktual patalogiyalardan biridir.Çünki,hal-hazırki dövürdə elm və texniki tərəqqinin sürətlə inkişaf eləməsi,yarımfabrikant,geni dəyişdirilmiş qidaların,süni qidaların,əlüstü yeməklərin ən aktual olduğu bir dövürdə artıq mədə xəstəlikləri də öz aktuallığını artırmaqdadır.Mədə və onikibarmaq bağırsaq xəstəlikləri bir çox xəstəliklər kimi özünü büruzə verə bilirlər ki,bunların da başında  bugünki gün qidalanma mədəniyyəti,qidaların necə yeyilməsi,hansı tezlikdə çeynənilməsi  durur.Gəlin indi fizioloji nüansa baxaq.Qidalandığımız zaman qida birinci növbədə ağız boşluğunda ağız suyu ilə isladılaraq dişlər tərəfindən çeynədilərək bir növ üyütmə funksiyası  yerinə  yetirir.Burda qida həm xırdalanmaya həm də ilkin kimyəvi emala yəni  ağız suyunun tərkibində olan avilyaza,pitialin kimi bir çox fermentlər tərəfindən müəyyən təsirə məruz qalır.Bundan sonra isə fizioloji çeynəmə hadisəsi 12-16 dəfə olmalıdır.Çeynənildikdən sonra qida udularaq qida borusuna düşür və qida borusu vasitəsilə mədəyə çatdırılır.Mədəyə düşən qida birbaşa mədə şirəsinin tərkibində olan turşular tərəfindən parçalanılır və onikibarmaq bağırsağa ötürülür.Onikibarmaq bağırsağın arxa divarında öd yollarından və mədəaltı vəzinin axarından birləşməsindən ibarət olan bir axacaq var ki,ordan həmin tikənin üzərinə öd və mədəaltı vəz enzimlərindən ibarət  şirə tökülür.Və bu şirə artıq mədə tərəfindən ekstruziyaya məruz qalmış molekulyar  çəkilərə ayrılmış qida maddələrinin fermintativ ekstrusiyasına gətirir və bağırsaqların aşağı şöbələri üçün həzm olunan şəraitə gətirir.Əgər bu fizioloji prosses qidalanma,yuxusuzluq,əlüstü yeməklər,yarımfabrikant yeməklər,qidaların normal çeynənilməməsi nə gətirib çıxardırıqsa,bu zaman mədə xəstəlikləri bizim üçün qaçınılmaz və labüddür. 
Etiketlər :