Stent əməliyyatı

Stent nədir?

898 izlənmə

Paylaş

 

0

Elşən Əliyev

Ürək-damar cərrahiyəsi

Paylaşılma tarixi

06 iyul 2015 07:00

Ürəkdən çıxan yəni bədənə qan aparan arteriya damarlarının tutulması varsa və əgər bu tutulma qısa məsafəlidirsə və bu tutulma həyatı orqanlarda geridönülməz proseslər törədə bilərsə bu zaman stent metoduna baş vurulur. Stent, purjin şəklində olan burulmuş bir cisimdir hansı ki, açılanda tamamilə genişlənir və tutulmuş damarı da genişləndirir. Bunun nəticəsində qan axımını bərpa eləmiş olur. Stentlər iki qrupa bölünür. Dərmanlı və dərmansız stentlər. Praktika nəticəsində sübuta yetirilib ki, ürəyin 70 faizini qanla qidalandıran damarın üzərinə stent və ya vena ilə qoyulmuş şuntlama əməliyyatlarından çox ilk dəfə 1962-ci ildə kəşf olunan daxili döş arteriyasının qoyulması daha uyğundur. Bəzi damarlar vardır ki, onların tutulmalarına məsələn ürəyin sağ karanar damarının tutulmasını açıq əməliyyatla və ya şuntlama ilə etmək düzgün deyil. Bu tip damarlarda yalnız stent əməliyyatı edilir. Purjin damar daxilinə heçbir kəsik olmadan bud nahiyyədən yeridilərək çatdırılır ürəyə və orada purjin açılır və həmin hissəni genişləndirərək qan axımını bərpa edir.

Etiketlər :