Öd kisəsi daşı

Öd kisəsi daşı xəstəliyi nədir?

536 izlənmə

Paylaş

 

0

Taryel Ömərov

Bariatrik-Metabolik cərrahiyyə

Paylaşılma tarixi

07 iyul 2015 08:37

Öd daşı xəstəliyi bu gün günümüzdə müasir cərrahiyənin ən aktual problemlərindən biridir. Hal-hazırki dövrdə yarımfabrikat qidaların, qidalanma rejimine düzgün əməl olunmamasının, fastfood-ların və əlüstü yeməklərin ən aktual olduğu bir dövrdə öd daşı xəstəliyinin yaranma ehtimalı da getdikcə çoxalmaqdadır. Öd daşı xəstəliyi, öd yollarında, öd kisəsi daxilində bazal maddələr mübadiləsinin pozulması nəticəsində və ya hər-hansı bir durğunluq səbəbindən çökünülərin bir-biri ilə birləşərək daş əmələ gətirməsinə aid olan bir patologiyadır. Öd daşı xəstəliyi bu gün statistik göstəricilərinə əsasən qadınlarda kişilərə nisbətən 4 dəfə daha çox özünü biruzə verməkdədir. Burda birçox təkanverici amillər, qidalanma, hormonal balans və ya eyni zamanda hamiləlik zamanı qarındaxili təzyiqin artaraq öd kisəsində durğunluğun əmələ gətirməsinə gətirib çıxaran səbəblər özünü göstərməkdədir. Öd daşı xəstəliyinin ən aktual nüanslarından biri həddindən çox qidalanma rejiminə əməl eləməmək, yağlı, duzlu və ya qeyri-proporsional qidaların, yarımfabrikat qidaların həddindən çox qəbulu nəticəsində öd kisəsi daxilində çöküntülərin birləşərək daş əmələ gətirməsidir.

Etiketlər :