SAB kolbasa və sosis məhsulları

SAB - ın bişmiş kolbasaları haqqında ümumi məlumat və istehsalat prosesi necə həyata keçirilir?

1208 izlənmə

Paylaş

 

2

Paylaşılma tarixi

04 avgust 2015 08:53

Kolbasa istehsalatı xammalın yəni ətin qəbulundan başlayır. Ətin qəbulu baytar həkim nəzarətində həyata keçirilir. Burada bütün sənədlər təqdim olunur və yoxlanılır. Yoxlandıqdan sonra istehsalata buraxılır. İkinci mərhələdə ət sümükdən ayrılır və sortlaşdırılır. Sortlaşdırılmadan sonra xüsusi qablara yerləşdirilir və qiymə halına salınmağı üçün növbəti qiymə sexinə verilir. Ət qiymə halına salındıqdan sonra kuterlənmək üçün başqa sexə verilir. Kuter sexində qiymələnmiş ət kuterləmə prosesindən keçir və daha sonra qablaşdırılma mərhələsi başlayır. Qablaşdırma prosesində kalbasalar ölçüsündən və növündən asılı olaraq müxtəlif növlərə bölünür. Yəni bunlara hisə verilmiş kolbasalar, çiy hisə verilmiş kolbasalar, bişmiş kolbasalar və sosislər aiddir.

Etiketlər :