Fiziki və hüquqi şəxslərin vergi qeydiyyatı

Fiziki şəxslər nə vaxt vergi qeydiyyatına alınır?

587 izlənmə

Paylaş

 

0

Vasif Rzayev

Hüquq

Paylaşılma tarixi

03 sentyabr 2015 13:29

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hər bir şəxs hüquqi şəxs yaratmadan fiziki şəxs kimi vergi uçotuna alına bilər və ya hüquqi şəxs təsis edərək sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Əgər şəxs fiziki şəxs kimi vergi uçotuna alınmasını qərara almışsa sahibkarlıq fəaliyyəti başlanan günədək artıq dövlət vergi orqanlarına müraciət edərək vergi uçotuna alınmalıdır. Dövlət vergi orqanına fiziki şəxs müraciət edərkən xüsusi vergilər nazirliyi tərəfindən müəyyən olunmuş vergi uçotunun alınmasına dair ərizə ilə müraciət edərək iki gün ərzində həmin şəxsə vergi şəhadətnaməsi təqdim olunacaqdır. Eyni zamanda xarici ölkədə fəaliyyəti həyata keçirirsə və yaxud gəlirlərindən odəmə mənbəyində vergi tutula bilinmirsə və ya royaltidən gəiri vardırsa bu zaman onun vergi öhdəliyi yarandığı gündən vergi qeydiyyatına alınmalıdır. Bunun üçün də qeyd etdiyim kimi fiziki şəxsin vergi qeydiyyatına alınması üçün ərizə ilə müraciət edilməlidir. Bundan sonra şəhadətnamə verildiyi təqdirdə şəxs istəsə bankda da hesab aça bilər.

Etiketlər :