SƏBA

SƏBA şirkətlər qrupu haqqında ümumi məlumat?

577 izlənmə

Paylaş

 

0

Paylaşılma tarixi

16 sentyabr 2015 09:37

SƏBA açıq səhmdar cəmiyyəti öz fəaliyyətinə başlamış və başladığı gündən bütün sahələrdə müasir avadanlıqlardan istifadə olunmasına diqqət etmişdir. SƏBA sözü ərəb sözüdür. Səba günəşin çıxmasından əvvəl əsən sərin bir mehdir. Bu ərəb səhraları üçün yaşamaq deməkdir. Yəni səba insanın könlünü oxşayan bir mehdir. Təbii ki, biz bu ad seçimində insanların könlünü oxşayan, insanların sevə biləcəyi bir qida məhsulunu nəzərdə tutub bu adı qoymuşuq. SƏBA açıq səhmdar cəmiyyətinin tərkibində aşağıdakı müəssisələr fəaliyyət göstərir. Dəvəçi broyler quş məhsulları istehsal edilir. Dərin emal məhdud Məsuliyyətli Cəmiyyət quş ətindən sosiklar, kolbasalar, katletlər hazırlayır. Biləsuvar Aqro çox keyfiyyətli süd məhsulları istehsal edir. Qarabağ Taxıl MMC öz quşlarımıza qida məhsulu istehsal etməklə yanaşı Azərbaycan xalqına da məhsullar təqdim edir. Bu şirkətlərin SƏBA ASC-də birləşməsinin məqsədi odur ki, bütün şirkətlərdə keyfiyyətə eyni dərəcədə nəzarət edilə bilsin. SƏBA brendi altında olan məhsullar beynəlxalq standartlara cavab verir və xalqımız rahatlıqla bu məhsulları ala bilərlər.

Etiketlər :