Alimentin hesablanması

Alimentin miqdarı necə hesablanır?

1606 izlənmə

Paylaş

 

3

Vasif Rzayev

Hüquq

Paylaşılma tarixi

16 sentyabr 2015 10:28

Azərbaycan Respublikası Ailə Məcəlləsi məhz ailə üzvləri arasında aliment öhdəliklərini müəyyən etmişdir. Alimentin miqdarı bir çox insanı narahat eden məsələlərdən biridir. Bildiyiniz kimi 2005-ci ilin yaşayış minimumu haqqında qanuna əsasən uşaqlar üçün yaşayış minimumu 108 manat nəzərdə tutulmuşdur. Uşaqlar üçün alimentin müəyyən edilməsi  zamanı çox vaxt iddialarda məhz 2015-ci ilin yaşayış minimumu haqqında qanun əsas tutularaq məhkəmələrdən 108 manatın müəyyən edilməsi tələb olunur. Lakin qeyd etmək lazımdır ki, ailə məcəlləsinin 76-cı maddəsinə əsasən alimentin miqdarının müəyyən edilməsinin bəzi xüsusiyyətləri vardır. Belə ki, alimentin miqdarının müəyyən edilməsi uşaqların sayından asılıdır. Əgər sabit gəliri olan şəxslərin aliment ödənilməsi ilə bağlı məhkəmədən tələb vardırsa 1 uşaq üçün gəlirinin dörddə bir hissəsi, 2 uşaq üçün üçdə bir hissəsi, üç və daha artıq uşaq üçün isə gəlirnin yarısı dəyərində aliment müəyyən olunur. Eyni zamanda alimentin miqdarı ailə məcəlləsində qeyd olunduğu kimi onların maddi və ailə vəziyyəti nəzərə alınaraq da 76-cı maddədə nəzərdə tutulduğundan az və ya daha çox aliment müəyyən oluna bilər. Bu o deməkdir ki, alimentin miqdarının mütləq 108 manat kimi göstərilməsi düzgün deyildir. Lakin eyni zamanda sabit məbləğdə gəliri olmayan şəxslər üçün də alimentin miqdarı hesablanarkən ailə vəziyyəti nəzərə alınır.

Etiketlər :