Azərbaycanda biznes və marketinq

Uğurlu biznesmen olmaq üçün biznes həyatına necə başlamaq lazımdır?

654 izlənmə

Paylaş

 

3

İlkin Manafov

Marketinq

Paylaşılma tarixi

23 sentyabr 2015 05:10

-          Uğurlu biznesmen olmaq üçün, biznes həyatına başlamağın formulu yoxdur. Götürüb təhlil etsək, illər boyu, əsrlər boyu, şərti Rokfellərdən başlayaraq H.Z.Tağıyevlərə kimi, və yaxud şərti Azərbaycanda olan bugünkü biznesmenlərdən tutmuş, xarici biznesmenlərə kimi hər bir biznesmenin özünə xas olan uğur metodu var. Hər bir biznesmenin özünün formulu var, özünün düsturu var. Lakin buna baxmayaraq, mən hesab edirəm ki, bütün biznesmenləri birləşdirən üç əsas xüsusiyyət var. Bu xüsusiyyətlər hansılardır və ya bütün uğurlu biznesmenlər mütləq qaydada hansı xüsusiyyətə sahib olmalıdır. Birincisi, mənim gördüyüm, güclü biznesmenlərin hər birində son dərəcə güclü özünəinam faktoru var, başqa sözlə desək, mən düşünürəm ki, güclü və ya uğurlu biznesmen olmaq üçün ilk öncə insanın şərti gələcək və ya bugünkü biznesmenin özünəinamı olmalıdır. İkincisi yorulmaz və ya fasiləsiz öz üzərində işləmək. Mən bugün Azərbaycanda, Avropada, Almaniyada bugünkü fəaliyyətimizə görə son dərəcədə güclü və uğurlu biznesmenlər görürük və mən hər dəfə hiss edirəm ki, bu biznesmenlərin hər biri öz üzərində fasiləsiz şəkildə işləyir. Çox zaman mühazirələrdə, dərslərdə belə sözlər deyirik ki, bizim kitab oxumağa vaxtımız yoxdur, öz üzərimdə işləməyə vaxtım yoxdur. Mən “Youtube”-a girirəm, amma nəyəsə baxmağa vaxtım yoxdur və s. Sizə əmin edirəm ki, mən öz gözümlə görmüşəm ki, şirkətinin dövriyyəsi yarım milyard olan bir sahibkar belə təyyarədə, ekonom sinifdə uça-uça saatlarla kitab oxuyubdur, saatlarla biznes haqqında oxuyubdur, saatlarla hansısa bir prosesi öyrənməyə çalışıbdır. Mən hesab edirəm ki, uğurlu biznesmenləri fərqləndirən ikinci xüsusiyyət öz üzərində dayanmadan işləməkdir. Üçüncü isə, bu sayca üçüncü olsa da, mən hesab edirəm ki, mahiyyət etibarilə birincidir. Bu, həyata, dünyaya narazı olmadan baxmaq və ya loru dildə desək, pozitiv düşüncə, nikbin yanaşma da deyirlər. Bu son dərəcə vacibdir. Bugün ölkəmizdə iqtisadi çətinliklər var. Bugün ölkəmizdə böhran var. Bugün kimlərsə bunu son dərəcə çətin hesab edə bilər. Güclü biznesmenlər isə bu vəziyyətdən çıxmaq üçün hansısa müsbət aura tapmaq istəyirlər və tapdıqları o nikbinliklər üzərində öz bizneslərini, öz şəxsi üstünlüklərini ortaya qoymaq istəyirlər. Beləliklə, mən hesab edirəm ki, uğurlu biznesmen olmaq üçün üç vacib xüsusiyyət var. Bunlar: bir, özünəinam, iki, öz üzərində ciddi işləmə, üç, həyata daha nikbin baxmaq.

 

Etiketlər :