Qurban bayramı

Şərikli qurban kəsilə bilərmi?

469 izlənmə

Paylaş

 

0

Rövşən Məmmədov

Dinşünaslıq

Paylaşılma tarixi

23 sentyabr 2015 13:30

Qurban bayramı günlərində Xəlil İbrahim  qurbanı və ya həcdə olanlar hədy qurbanını iribuynuzlu mal-qaradan inək və ya camışı və dəvəni şərikli kəsə bilərlər. Şəriklərin sayı ən çox yeddi nəfər ola bilər. Bunun dəlili Peyğəmbərimizdən rəvayət olunan hədisə dayanır. Qoyun və keçinin hər biri yalnız bir nəfərin adına qurban kəsilir. Aralarında pul toplayaraq birlikdə kiçik baş və böyük başda yeddi nəfərdən çox insan şərikli qurban kəsərsə bu nafilə qurban sayılır. Böyük baş heyvanı bir şəxs istərsə təkbaşına da kəsə bilər. Həmçinin ortaqların sayı yeddidən az da ola bilər. Şərikli qurban kəsərkən müəyyən xüsuslara riayət etmək lazımdır:

1. Kəsən şəxs müsəlman olmalıdır.

2.Hər bir kəs qurban niyyəti ilə kəsməlidir. Ət almaq niyyəti ilə qurbana ortaq olmaq olmaz.

3.Kəsilən ət ortaqlar arşında tərzi ilə çəkilərək bölüşdürülməlidir. Şərikli kəsilmiş heyvanın ətini gözəyarı bölüşdürmək olmaz.

Etiketlər :