Arılar

Arı ailəsinin strukturu necədir?

469 izlənmə

Paylaş

 

0

Lətif Lətifov

Arıçılıq

Paylaşılma tarixi

06 oktyabr 2015 12:13

Arılar içtimai həşəratlardır. Ailə şəklində yaşayırlar. Ailənin cinsi tərkibinə görə arılar 3 yerə bölünür. Ana arı, erkək arı və işçi arı. Həm erkək həm dişi arılar ana arının balalarıdır. Bir ana arı olur. Erkək arıların sayı yayda bir neçə yüzə qədər olur. İşçi arıların sayı qışda beş minə qədər azalır yayda  isə yetmiş minə qədər artır. Arı ailəsi iylərlə idarə olunur. Yəniki almış yetmiş min fərdin bir birini tanımağı mümkün deyil. Ancaq bir birilərinə ötürdükləri iylərlə tanına bilirlər. Hər arı ailəsinin özünə məxsus qoxusu vardır. Əgər hansısa arıda həmin qoxu yoxdursa bu zaman onu pətəkdən qovurlar. Ana arı pətəkdə olan bütün arıların anasıdır. Ana arı arıları bir yerdə saxlayır. Əgər ana arı itibsə arılar təcili olaraq özlərinə ana arı yaradırlar bununla da nəsillərinin kəsilməsinin qarşısını alırlar.

Etiketlər :