L-karnitin və kreatin

L- karnitin (L- carnitine) nədir?

678 izlənmə

Paylaş

 

0

Paylaşılma tarixi

15 oktyabr 2015 09:29

L-karnitin idman edərkən istifadə olunan idman içkisidir. Təbii məhsuldur.  Bəzi insanlar l-karnitinin əks təsirinin olduğu düşünür lakin bu belə deyil. L-karnitini qəbul edib idman etməsəniz yəni onu bədəndən çıxarmasanız əks təsiri ola bilər. Qəbul etdikdən 40 dəqiqə sonra idman etmək lazımdır. L-karnitin insanı arıqladır. Lakin bunla yanaşı idman etmək vacibdir yoxsa heçbir təsiri olmur. L- karnitini qəbul etdikdən sonra mütləq kalori yandırmaq lazımdır. Əgər idman zalına getməyə vaxtınız yoxdursa hansısa parkda, meydançada, təbiətdə qaçmaq lazımdır. L- karnitin piyləri yumuşaldır və bədənin temperaturunu qaldırır. Yumuşalmış piylər idman zamanı asanlıqla parçalanır və əriyir. L-karnitin həmçinin qan dövranını yaxşılaşdırır. Həmçinin l-karnitin uşaq dərmanlarının tərkibində də olur. L-karnitini qəbul edən zaman çəki qaldıracağını düşünməyin. L-karnitin piyləri yandırır və insana enerji verir. Bunlardan əlavə insan pəhrizinə də fikir verməlidir. L-karnitin, idman və pəhriz birlikdə olduqda insan arzu etdiyi nəticəyə nail olur. 

Etiketlər :