Hakerlik

Haker (Hacker) kimdir və hakerlik nədir?

815 izlənmə

Paylaş

 

9

Tural Nağıyev

Informasiya texnologiyaları

Paylaşılma tarixi

23 oktyabr 2015 07:46

Virtual dünyanın qaranlıq, gizli və sirli tərəfləri çoxdur. Bu rəqəmsal dünyanın ən önəmli tərəfi dünyada başqa bir yerdə bu qədər böyük informasiyanın mövcud olmamasıdır. İnformasiya isə məlum olduğu kimi günümüz vəhşi iqtisadi, siyasi və sosial sistemdə ən vacib ünsürdür.

2015-ci il üçün artıq virtual dünyada 8 zetabyta yaxın data (məlumat) vardır. Məsələn hər dəqiqə 200 milyon email göndərilir.Təsəvvür edin bu məlumatların içərisində:

-Telefon danışıqları, emaillər, fakslar, çatlar, mesajlar.

-Sosial şəbəkələrdəki aktiviliklər, şəxsi məlumatlar.

-NASA-nın araşdırmaları,

-Bank hesabları,

-NATO, BMT və digər qurumların sənəd və yazışmaları

-Dövlətlərin sənəd dövriyyəsi, strateji obyektləri, xəritələr.

-Şirkətlərin strategiyası, məhsulları, araşdırmaları

-Müxalif və rəqiblər haqqında incə detallar

-Son vaxtlar hətta müxtəlif silah sistemləri (Patriot, Glonass) və sair mövcuddur.

İndi təsəsvvür edin bu məlumatları əldə etmək dövlətlər, təhlükəsizlik orqanları və müxtəlif korporasiyalar üçün nə qədər həyatidir. Bax bu yerdə xakerlər meydana çıxır və xidmətlərinə ehtiyac olur.

Nədir kimdir bu xakerlər? Ümumiyyətlə əvvəllər xaker ən profesional proqramçılara deyirdilər. Hər nə qədər bu termin İKT termini olmasa da hal-hazırda virtual dünyanın məşhur ünsürüdür. Hack mənası kəsmək, yonmaq kimi olsa da tərifi, başqasına aid məlumatı əldə etməkdir. Yəni xakerlik başqasına aid məlumatları hər hansı şəkildə virtual ortamda "əldə etmək", daha doğrusu oğurlamaqdır. Əsas qazanc yolları bank hesablarından pul çəkmək, müxtəlif məlumat bazalarını satmaq, kiberhücumlardır. Xakerlər həmçinin kiber müharibənin ən cəsur və həvəskar döyüşçüləridir. Onlardan təkcə məlumat oğurlamaq yox həm də dağıdıcı məqsədlə də istifadə olunur. Xatırlayırsınızsa, Rusiya Gürcüstana hücum edəndə, gürcü saytlarının, tv kanallarının əksəri xaker hücumu nəticəsində tamamilə sıradan çıxarılmışdı. Hətta bu yaxınlarda Türkiyədə yerləşən NATO Patriot raket-kompleksinə də xaker hücumu qeydə alınmışdı. Xakerlər bir-neçə dəqiqəlik nəzarəti ələ keçirmişdilər.

Yenə məşhur xaker qruplardan Anonymous və redhat haqqında daha ətraflı məlumat etsəniz daha maraqlı nüanslarla qarşılaşa bilərsiniz. Maraq üçün məsləhət görərdim Tor haqqında araşdırma edəsiniz.

Burda önəmli bir xüsusu qeyd etmək istərdim. Əvvəllər xakerlər yalnız başına hərəkət etməyi sevərdilər və nadir hallarda qrup şəklində çıxış edərdilər. İndi isə virtual dünyada belə bir tendensiya müşahidə olunur ki, bəzi dövlətlərin təhlükəsizlik orqanları xaker qrupları qurub idarə edirlər. Hətta İranın Buşehr atom stansiyasını darmadağın edən məşhur Stuxnet kiberwormunun sonradan Amerika, İsrail və bir neçə başqa dövlətin bir yerdə həyata keçirdiyi kiberhücum yəni xaker aktı olduğu üzə çıxdı.

Sonda qeyd edim ki, artıq bir-neçə ildi bir çox dövlətlər öz kiber ordularını qururlar. Və bu ordunun ən əsas döyüşçüləri xakerlər, sisadminlər, dba-lar, proqramçılardır

Etiketlər :