Facebook-da təhlükəsizlik tədbirləri

Facebook hesabımızın təhlükəsizliyi üçün nələr etməliyik?

702 izlənmə

Paylaş

 

6

Tural Nağıyev

Informasiya texnologiyaları

Paylaşılma tarixi

24 oktyabr 2015 09:19

Virtual dünya bizim həyatımızın aynasıdır. Biz bu dünyada necə yaşayırıqsa virtual dünyada da elə davranırıq. Necə ki, real dünyada əxlaq kodeksi var eləcə də virtual dünyada da başımıza problemlər gəlməsin deyə müəyyən normativ qaydalara riayət etmək lazımdır. Hesabımızı güvəndə tutmaq üçün birinci növbədə şifrəmizi qorumalıyıq. Şifrə bizim sirrimizdir. Bənzərsiz, güclü bir şifrə seçmək lazımdır. Facebook şifrənizi internetdə başqa bir yerdə istifadə etməyin. Şifrənizi tək bilən siz olmalısınız. Şifrənizdə adınızı və ya digər məşhur kəlimələri istifadə etməyin. Tez təxmin edilən şifrələr istifadə etməyin. Təhlükəsiziliyi qorumaq üçün əlavə təhlükəsizlik özəlliklərini istifadə edin. Həmçinin hesabımızı güvəndə saxlamaq üçün email hesabımızı güvəndə saxlamalıyıq. Facebook hesabımız itirildiyi və ya kiminsə əlinə keçdiyi zaman biz onu yalnız email vasitəsilə geri qaytara bilərik. Başqa cihazlarda facebookdan istifadə etdiyimiz zaman mütləq sonda hesabımızdan çıxış etməliyik. Bunu etməsəniz başqa kompyuterdən uzaqdan çıxış etmək mümkündür. Antivirusdan istifadə edin. Çünki kompyuterdə viruslardan qorunsanız facebook hesabınız da daha güvəndə olar. Ən əsası facebook hesabımızı güvəndə tutmaq üçün hər hansı bir linkə klikəmədən əvvəl diqqətli düşünmək lazımdır. Bu linklər dostlarınızdan gəlsə belə qətiyyən şübhəli linklərə klikləməyin. Dostlarınız spam linkə kliklədikdə o spamı səhvən sizə göndərə bilərlər. Və ya sizi həmin linkdə tag edə bilərlər. Facebookda şübhəli nəsə görsəniz mütləq şikayət edin. Bundan əlavə saxta hesab, proqramlar və oyunlara qarşı diqqətli olun. Real olmayan supertəklif verən səhifələrə şübhəylə yanaşın. Fırıldaqçılar facebook hesabınıza giriş etmək üçün bəzən pis niyyətli proqramlar və oyunlar istifadə edirlər. Məsələn sizə təklif oluna bilərki bu proqramı yükləyin və facebook profilinizin rəngi dəyişsin. Bu mümkun olan bir şey deyil. Amma çox cəlbedici bir təklifdir. Tanımadığınız insanlardan gələn dostluq təkliflərini qəbul etməyin. Email adresinizi və şifrənizi heçvaxt başqaları ilə paylaşmayın. Mütləq facebook.com səhifəsindən giriş etdiyinizə əmin olun. Bəzən fırıldaqçılar oxşar səhifələr yaradır və sizin məlumatlarınızı əldə edirlər.

 

Etiketlər :