Vergidən azad olan şəxslər

Gəlir vergisindən azad olan şəxslər kimlərdir?

943 izlənmə

Paylaş

 

5

Vasif Rzayev

Hüquq

Paylaşılma tarixi

02 noyabr 2015 10:23

Gəlirlərin ən əsas 3 növü müəyyən olunmuşdur:

  • Muzdlu işlə əlaqədar əldə olunan gəlirlər
  • Muzdlu işə aid olmayan gəlirlər
  • Gəlir vergisindən azad olunanlardan başqa digər gəlirlər

Muzdlu işlə əldə olunan gəlirlərə əsas etibarı ilə əmək haqqı və onlara olan əlavələr və mükafatlar nəzərdə tutulmuşdur. Eyni zamanda Vergi Məcəlləsi muzdlu işə aid olmayan gəlirlərində siyahısını müəyyən etmişdir. Muzdlu işə aid olmayan gəlirlər özləridə 2 istiqamətə bölünür, 2 növü vardır ki, sahibkarlıq  fəaliyyətindən əldə olunan gəlirlər və qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər. Ümumilikdə gəlir vergisindən azad olunanların siyahısı Vergi Məcəlləsinin 102-ci maddəsində birbaşa qeyd olunmuşdur. Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən bir sıra şəxslər vardır ki, vergidən tam azad, gəlir vergisindən tam azaddır lakin bir sıra şəxslər vardır ki, onlar müəyyən güzəştlərlə vergiyə cəlb olunmuşdur. Gəlir vergisindən azad olan şəxslər sırasına məhz təqvim ili ərzində bir dəfəlik müavinətlər, maddi yardım, miraslar əldə edən şəxslərin həmin maddi yardım və miraslar vergi ödəyicisinin ailə üzvündən ona təqdim olunursa tam həcmi, hədiyələrin, təhsil və ya müalicə təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar, hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi, mirasların dəyərinin 20000 manatadək olan hissəsi, təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun, hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun tam dəyəri, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə  alimentlər; fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 250 manatadək olduqda, əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 3000 manatadək olduqda, əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi. Eyni zamanda qeyd edim ki, fiziki şəxslərin gəlir vergisindən azad olunan şəxslərin siyahısı Vergi Məcələlləsində sadəcə olaraq insanlar üçün daha önəmli , insanların verdiyi suallara uyğun olaraq bəzi azadolmaları qeyd etmək istiyərdim.

Vergi məcəlləsinin 102-ci maddəsinin 2-ci bəndində məhz muzdlu işlə əlaqədar gəlir vergisindən azadolmanın bəzi halları nəzərdə tutulmuşdur. Yəni 102-ci maddənin 2-ci bəndində birsıra şəxslər sadalanır ki, bunlar muzdlu işlə əlaqədar əldə olunan gəlir vergisindən cəlb olunan gəlirləri 400 manat qədər azaldılır. Bunlara kimlər daxildir: Sovet İttifaqı qəhrəmanları, Sosialist Əməyi Qəhrəmanları, Müharibə əlilləri, həlak olmuş döyüşçülərin dul arvadları və ərləri, 1941—1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar almış şəxslər vardır ki, bunların gəlirləri, muzdlu işlə əlaqədar olan gəlirləri 400 manat qədər azaldılır, misal kimi tutaq ki, Sovet İttifaqı qəhrəmanı, Sosialist Əməyi Qəhrəmanları və Müharibə əlilləri 500 manat maaş alırsa əmək haqqı bütünlükdə vergiyə cəlb olunmayacaqdır, bu zaman 400 manat ordan çıxılacaqdır, yerdə qalan 100 manat isə 14 faizi ilə məhz vergiyə cəlb olunacaqdır, bu siyahının çox böyük oluğunu nəzərə alaraq hesab edirəm ki, daha detallı məlumat almaq üçün hesab edirəm ki, Vergi Məcəlləsinin 102-ci maddəsinə müraciət edə bilərsiniz.

Etiketlər :