Maklubə

Maklubə hazırlamaq üçün hansı ərzaqlar tələb olunur?

639 izlənmə

Paylaş

 

2

Paylaşılma tarixi

19 noyabr 2015 14:36

Maklubəni bişirmək üçün 1kiloqram mal ətimizi kvadrat (kub) şəklində doğrayırıq. Bildiyimiz kimi əti doğradıqdan sonra 20-25 dəqiqə qaynatmaq lazımdır. Ət qaynayan zaman duz vurmaq məsləhət deyil.  Ət qaynadılarkən içərisinə yarım ədəd kök və bir ədəd balaca baş soğan atsanız maklubə daha dadlı olacaq. Ət qaynayana kimi isə kartofla kökü halqa-halqa doğrayaraq qızardıb hazır saxlayacayıq.

Gördüyünüz kimi kartofu halqa-halqa doğradıq və bunu qızardıb hazır şəkildə  saxlayacayıq. Ocağımızı yandırdıq, tavanı üstünə qoyduq, tava orta temperatura gələnə kimi qızmağını gözləyirik. Tava qızdıqdan sonra günəbaxan yağını tavaya yaxşıca tökürük. Yağ qızdıqdan sonra kartofları qızarmağa buraxacağıq. Kartof qızarana kimi kökləri doğramağa başlayacam. Gördüyünüz kimi kartoflar qızardı. Bu kartofları götürüb həmin yağda kökü qızardacayıq. Gördüyünüz kimi köklərimiz biraz qızardı, bunlarıda kartofların yanına hazır düzəcəyik. Maklubəmizin tutmamağı, həm də dad verməyi üçün soğanı halqa-halqa doğrayıb qazanın dibinə yapışmaması üçün qoyacayıq. Gördüyünüz kimi  soğanları pal-pal şəklində doğradıq və bunu maklubə qazanımızın dibindən sıralama düzəcəyik. Gördüyünüz kimi soğanları düzdükdən sonra qızartdığımız kartof və kökləri soğanların aralarından, üstlərindən, yəni seyrək şəkildə düzəcəyik. Və sonra qaynatdığımız ətdən soğanların aralarına seyrək şəkildə düzəcəyik.  Qaynadılmış ətimizi düzdüktən sonra birqədər əvvəldən isladdığımız düyünü ( düyü 20-25 dəqiqə suda qalarsa bəs edər) ətin üzərinə əlavə edərik. Eyni sıranı gördüyünüz kimi təkrar edirik.

Gördüyünüz kimi maklubəni sıralama düzdük. Əvvəlcədən saydığım ədviyatları zövqə görə bunların üzərindən tökəcəm.

Ətin suyunu saxlayıb bu maklubəni öz suyunda bişirəcəyik. Onun dadlı, ləzzətli olması üçün onun suyunu atmayırıq. Gördüyünüz kimi tökdüyümüz bulyon suyu bəs etmədi və bunun üzərinə 2 barmaq keçəsi qədər qaynadılmış su tökəcəyik. Və bulyonu,qaynadılmış suyu tökdükdən sonra sonda kərə yağını qazana qoyuruq.

Maklubə qazanımız hazırdı. Maklubə qazanına qapağını qoyub və qaz sobasının üstünə qoyduq. Suyu qaynayana kimi  sobaya normal temperatur dərəcəsi verə bilərsiz, qaynaqdıqdan sonra  isə 30-35 dəqiqə aşağı temperaturda qalması lazımdır.

Artıq maklubəmiz hazırdır. Maklubəyə 30-35 dəqiqə vaxt vermişdik. Maklubəni 30-35 dəqiqdən tez götürərsinizsə qazanı siniyə çevirərkən maklubə dağıla bilər. Vaxtından gec götürsəz isə altına düzdüyünüz soğanlar yana bilər.

Maklubənin bişib-bişmədiyini bilmək üçün isə çəngəli tərsinə qazanın dibinə salmaq lazımdır, əgər su varsa maklubənin bişməsi üçün bir qədər də vaxt vermək lazımdır.

.

Etiketlər :