İslam bankçılığı

İslam bankçılığı nədir?

544 izlənmə

Paylaş

 

0

Paylaşılma tarixi

01 dekabr 2015 10:03

İslam bankçılığı, faizsizlik prinsipi ilə işləyən, bu prinsiplərə uyğun hər növ bankçılıq fəaliyyətlərini həyata keçirən, mənfəət və zərərə iştirak etmə əsasına görə vəsait toplayıb ticarət, icarə və şəriklik metodları ilə borc verən bir bankçılıq modelidir. İslam bankçılığı və ya başqa adı ilə faizsiz bankçılıq iqtisadi münasibətləri əsasən tərəfdaşlıq prinsiplərinə söykənir və bütün maliyyə sövdələşmələri real iqtisadi fəaliyyətlərə əsaslanır. Yəni bu bankçılıq modelində hər hansı maliyyə sövdələşməsi arxasında real bir varlıq dayanmalıdır. Belə ki, şəriklik prinsipi əsasında aparılan investisiya layihələrində bank mənfəətlə yanaşı biznes prosesində əmələ gələn zərəri də müştəri ilə bölüşür. Bu da öz növbəsində hər iki tərəfə məsuliyyət yükləyir. Yəni bu vəziyyətdə həm bank həm də bankın vəsait topladığı müştəri də və bankdan borc alan müştəri də məsuliyyət daşıyır. Bu banklar islam dini ilə qadağan olunmuş və cəmiyyət üçün zərərli olan bütün məhsulların istehsalı, ticarəti ilə bağlı xidmət növlərini maliyyələşdirməz. Buna nümunə verərsək spirli içkilər, donuz əti mənşəli məhsulların istehsalı, silah, tütün, qumar oyunları və bənzəri ictimaiyyət üçün zərərli qəbul edilmiş məhsulların maliyyələşdirilməsində faizsiz bankçılıq yer almaz. Həmçinin faizsiz bankçılıq qeyri-müəyyənlik daşıyan, aşırı riskli və spekulativ xarakterli fəaliyyətləri də maliyyələşdirməz. 

Etiketlər :