Fizika müəllimliyi ixtisası

Fizika müəllimliyi ixtisası nədir?

527 izlənmə

Paylaş

 

0

Paylaşılma tarixi

25 dekabr 2015 08:44

Fizika müəllimliyi ixtisası haqqında danışmazdan əvvəl bir iki kəlimə fizikanın nə olması haqqında sizə məlumat verim. Əgər qısa desək fizika təbiət haqqında elmdir. Əlbətdə bu hər kəsə tam aydın olmaya bilər. Adicə sizə bir misal deyim. O qədər də xoş olmayan bir misal. Bu yaxınlarda Rusiya Suriyaya Azerbaycan və İran üzərindən raket zərbələri endirdi. Hər kəsi maraqlandırır ki, belə bir dəqiqlk necə olan şeydir və nədir? Bunun başdan ayağa hər şeyi fizikadır. Həyatda istifadə edilən telefon, televizor və bütün məişət avadanlıqlarının əsasında fizika durur. Ona görə də fizika müəllimi ilk növbədə fikirləşir ki, mən hansı elmi öyrədəcəm şagirdlərimə? Fizika müəllimliyi şübhəsiz ki, tələbələrin qabiliyyətlərinin genişlənməsi, daha da inkişaf etməsi, dünya görüşünün artması, bütün təbiət hadisələrinin izah edilməsi kimi bunların hamısının öyrənilməsinə şərait yaradan bir elm sahəsidir. Bunun tədrisi də təbiət hadisələrinin mexanizmini öyrətməyin şərhidir. Orta məktəbdə fizikanı tədris edən müəllim öz fənnini gözəl bildiyinə görə bu fənni tədris etməkdən zövq almaqla bərabər həm də eyni zamanda xalqı, respublikası üçün fizika müəllimi hazırlamaq arzusunda olur. Fizika müəlliminin özünün də istər dərs demək nöqteyi nəzərindən istərsə də başqa nöqteyi nəzərlərdən əlbətdə ki, önəmi var və o ayrıca mövzudur və onun haqqında ayrıca danışmaq olar. 

Etiketlər :