Biznes nə istəyir? kitabı

"Biznes nə istəyir?" kitabının yazılmasını nə şərtləndirdi?

546 izlənmə

Paylaş

 

1

Anar Bayramov

Marketinq

Paylaşılma tarixi

05 yanvar 2016 06:30

Biznes haqqında mənim ilk kitabım 2011-ci ildə çıxmışdır. Biznes və menecmentin əsasları adlanırdı. O vaxtdan 4 il keçib və çox şey dəyişib. Birdən ehtiyyac hiss etdim ki, təcrübələrimi, biznes haqqında fikirlərimi yeni bir kitabda paylaşım. Bir də biz “marketing air” olaraq bu ilin əvvəlində İlkin Manafov və Rafiq Hunaltayla danışmışdıq ki, 2015-ci ildə hərəmizin bir kitabı çıxacaq. Bu həm də Azərbaycanda biznes sahəsində kitabların, bu sahədə ədəbiyyatın çatışmazlığına az da olsa tövhə vermək bizim missiyanın tərkib hissəsidir, məqsədlərimizdən biridir. Dünyada bizneslər hara doğru gedir, bizneslər necə idarə olunur, yeni biznes trendləri, menecment alətləri, müasir biznes biznesi idarə edənlərdən nə gözləyir kimi bu və başqa suallara cavab tapmağa çalışdıq. Bu kitabıb özəlliklərindən biri də odur ki, kitabda göstərilən nümunələrin əksər hissəsi azərbaycan biznes keyslərini əhatə edir. Azərbaycan şirkətlərindən nümunələr gətirmişik kitabda. Azərbaycan brendləri, azərbaycan şirkətlərinin timsalında. Bir də öz təcrübəmdə məsələn Azqranata şirkətindəki və başqa şirkətlərdəki təcrübəmdən irəli gələrək fikirlərimi bölüşməyə çalışmışam. Bir də biz bir çox şirkətlərə biznes konsaltinq fəaliyyəti həyata keçiririk ki, o sahədə də gördüklərimi ümumiləşdirməyə çalışmışam. 

Etiketlər :