Devalvasiya

Devalvasiya nədir?

492 izlənmə

Paylaş

 

2

Altay İsmayılov

İqtisadiyyat

Paylaşılma tarixi

28 yanvar 2016 11:04

Ən sadə şəkildə ifadə etsək devalasiya milli pul vahidinin dəyərinin xarici valyuta qarşısında dəyərinin düşürülməsidir. Niyə görə dəyərinin düşürülməsidir deyirik? Çünki əslində valyutanın dəyəri məzənnə rejimindən aslı olaraq dövlət tərəfindən və ya daha doğru ifadə ilə mərkəzi bank tərəfindən düşürülə bilər. Bu baxımdan əslində məzənnə rejimi əgər üzən məzənnə rejimi deyilsə yəniki əslində xarici valyutanın dəyəri bazarda tələb və təklifə görə müəyyənləşirsə bu halda devalvasiyadan söhbət getmir. Devalvasiya əsasən mərkəzi bank tərəfində müəyyənləşdirilmiş valyuta məzənnəsi rejimində milli valyutanın xarici valyuta qarşısında dəyərinin təktərəfli düşürülməsidir. Bunun izahı bu şəkildədir. Hansı məqsədlə devalvasiyaya gedilir şəklində baxıldıqda əlbəttə ki, devalvasiyaya gedilməsində məqsədlər ölkənin iqtisadi vəziyyətinə görə fərqli ola bilər lakin əsasən xarici valyutada kifayətsizlik olduğu təqdirdə ölkələr devalvasiya qərarına gedə bilirlər. 

Etiketlər :