Abituriyentin qəbul imtahanına hazırlığı

Abituriyent vaxt bölgüsünü necə aparmalıdır?

368 izlənmə

Paylaş

 

2

Paylaşılma tarixi

30 yanvar 2016 08:34

Hazırlıq müddətində vaxt bölgüsü ən önəmli faktorlardan biridir. Abituriyent çalışmalıdır ki, vaxtını əvvəlcədən proqramlaşdırsın. Əks halda zamanı idarə etmək çox çətin olur. Bir müddətdən sonra isə artıq zaman səni idarə etməyə başlayır. Ümumi olara deyə bilərik ki, abituriyent çalışdığı fənnlərin hər birinə gündəlik dərslərində diqqət etməlidir. Günün hansı hissəsində hansı dərslə məşğul olacağı isə tamamilə abituriyentin özünə qalan bir şeydir. Misal üçün bir abituriyent hər – hansı bir mövzunu səhərlər çalışmağı sevərsə Digər biri axşamlar çalışmağa üstünlük verə bilər. Bildiyimiz kimi bu sadəcə abituriyentin özünə qalan bir şeydir. Bu gün abituriyentin buraxdığı ən böyük səhvlərdən biri bir mövzu üstündə fasiləsiz olaraq 40 dəqiqədən artıq çalışmaqdır. Halbuki çalışma müdəti 40 dəqiqəni aşmamalı və əlavə olaraq 5 və ya 10 dəqiqə bədii kitablar oxumağa üstünlük versələr bu 50 dəqiqədən böyük bir xeyir götürə bilərlər. Bundan əlavə onu deyə bilərik ki, abituriyent yalnız dərs oxumağa köklənməməli və digər sevdiyi işlərə də vaxt ayıra bilməlidir. Məsələn dərs oxuduğu müddətdə hiss etsə ki, ailəsi bir araya gəlib çay içir və ya sevdikləri bir filmə baxırlar burada ən uyğun hərəkət dərsini yarıda qoyub onlara qoşulmaqdır. Çünki bu zaman beyin bizdən bunu istəyir. Əgər bu işin bizə maddi və ya mənəvi ziyanı yoxdursa Beynin istədiyini ona vermək lazımdır ki, o da bizim istədiyimiz şəkildə çalışa bilsin. 

Etiketlər :