Nitq mədəniyyəti və ağız tənbəlliyi

Səlis nitq qabiliyyəti niyə vacibdir?

686 izlənmə

Paylaş

 

4

Paylaşılma tarixi

15 fevral 2016 06:53

Biz insan cəmiyyətində yaşayırıq. Buna görə də insanlarla ünsiyyətdə olmağa yaxşı və ya pis mənada məcburuq. İnsan danışığı ilə tanınır. Həzrəti Əli deyib ki, insan dilinin altında gizlənir. Yəni bir insan danışmayana qədər biz onun necə biri olduğunu bilmirik. İnsan danışmağa başlayandan sonra müəyyən fikir formalaşır. Nitq mədəniyyəti Azərbaycanda təəssüf ki, bir qədər geridə qalmış sahədir. Nədənsə insanlar bunun önəmini o qədər də dərk eləmirlər. Halbuki çox uzağa getməyək qonşu Türkiyədə uşaqlara ibtidai sinfdən nitq mədəniyyətini öyrədirlər. Bir liderin ən böyük özəlliyi onun danışıq qabiliyyətidir. Gözəl danıçıq insanı digərlərindən fərqləndirən, onu hörmətə mindirən cəhətlərdən biridir. Bir insan mükəmməl bilik və bacarıqlara sahib ola bilər. Bu önəmlidir. Bunun qədər öməmli olan digər məsələ isə həmin bilik və bacarıqları ifadə etməkdir. Başqalarına “məndə bu var” deməyi bacarmaqdır. Bəzi insanlar var ki, biz onlara dəqiqələrlə hətta saatlarla qulaq asa bilərik. Bəzi insanlar var ki, bir neçə dəqiqədən artıq onu dinləmək istəmirik. Bütün bunların başında həmin şəxsin nitq qabiliyyəti, seçmiş olduğu sözlər, danışıq tərzi dayanır. İnsan haqqında fikir ilk görüşdə 3-30 saniyə arasında müəyyənləşir. Bu əsasən xarici görkəm ilə əlaqəlidir. Bir insanın geyimi, bədən dili bizdə müəyyən fikir formalaşdırır. O insan danışmağa başladıqda isə artıq biz qərar veririk. Bu kimdi? Bəzi insanlar cəmiyyəti və ya tək tək fərqləri onun uğur və ya uğursuzluğunda səbəb kimi görürlər. Bir çox insan başqalarını günahlandırır. Onlar məni başaq düşmür. Mən danışıram onlar məni anlamağa çalışmır. Əslində belə bir şey yoxdur. Biz izah edə bilmirik. Hər bir insanla mütləq şəkildə danışmağın yolu var. Hər bir insanın zəif damarı var. Onu tutmaq mütləqdir. Kiçik bir hekayə danışacam. Bir gün bir uşaq atası ilə dağda gedirdi. Birdən uşaq yıxıldı və ayağa duranda qeyri ixtiyari “ah” dedi. Dağdan səs gəldi: ah. Uşaq dağa tərəf döndü və “sən kimsən?” dedi. Yenə səs gəldi. Sən kimsən? Uşaq biraz da qəzəbləndi və dedi ki, “sən qorxaqsan”. Dağdan səs gəldi. Sən qorxaqsan. Uşaq atasına tərəf döndü və bunun nə olduğunu soruşdu. Atası dedi ki, “oğul insanlar buna əks-səda deyir amma bu həyatın özüdür”. Atası dağa tərəf döndü və dedi ki, sən möhtəşəmsən. Dağdan səs gəldi. Sən möhtəşəmsən. Yəni biz insanlara nəyi veiriksə onu da alırıq. Əgər biz başqaları ilə mədəni, səmimi, gülərüzlə salamlaşıb danışırıqsa qarşılığını mütləq şəkildə görəcəyik.

 

Etiketlər :