“Bugünün marketinqi” kitabı

“Bugünün marketinqi” kitabının yazılmasını nə şərtləndirdi?

296 izlənmə

Paylaş

 

0

Rafiq Hunaltay

Marketinq

Paylaşılma tarixi

14 mart 2016 06:29

Bugünün marketinqi kitabı bir çox səbəblərdən irəli gələrək nəşr olundu. Bunlardan birincisi odur ki, bü günə qədər bir çox Azərbaycan şirkətlərində çalışan menecerlər fərdi şəkildə öz mövzuları haqqında yazılar yazırdı, bloqlar yazırdılar və paylaşırdılar öz fikirlərini. Amma bunlar çox dağınıq şəkildə idi və biz ilk dəfə qərara gəldik ki, indiyə qədər təxminən 2011-ci ildən 2015-ci ilin oktyabr ayına qədər bu sahədə marketinqə aid bloq yazan müəlliflərin yazılarını bir yerə toplayaq, onları müəyyən fəsillər üzrə sistemləşdirək və çap edək. Bu bizim üçün ilk proyekt idi. Bir test idi. Bunun uğurlu olub olmayacağını müəyyən edə bilmirdik. Amma ilk dəfə digital marketinq konfransının açılış günü biz bu kitabı nəşr edə bildik və bu gün nəticələrdən çox razıyıq.. Bu gün ən çox satılan biznes kitablar arasında top 5-də bu kitab görünür. Bütün kitab mağazalarından da güclü şəkildə istək var bu kitaba qarşı. Düşünürəmki bu istəyin olmasının ən böyük səbəblərindən biri də onla bağlıdır ki, insanlar artıq beynəlxalq praktikadan daha çox yerli praktika və yerli şərtlər daxilində marketinq fəndlərini öyrənmək istəyirlər. Buna görə də bu kitab onlar üçün çox önəmlidir, çox faydalıdır. Çünki Azərbaycanda ilk kitabdır ki, 130 yazıdan ibarət 33 müəllifi bir kitab şəklinə salıb və 400 səhifədən ibarət maraqlı məlumat kitabıdır.

Etiketlər :