Ailələrdə boşanma

Gənc ailələrdə boşanmalara nələr səbəb olur?

266 izlənmə

Paylaş

 

0

Elmir Əkbər

Psixologiya

Paylaşılma tarixi

22 aprel 2016 08:06

Konkret praktikadan çıxış edib deyə bilərəm ki, birinci yerdə intim səmimiyyətin olmamağı durur. Baxmayaraq ki, biz elə bilirik ki, hər şeyi hamıdan yaxşı bilirik amma əslində bu intim mövzusunda gənclərin maarifi çox aşağıdır. Bu da ondan irəli gəlir ki, bizdə cinsi tərbiyyə anlayışı tətbiq olunmur. Cinsi tərbiyyə deyəndə çoxları elə başa düşür ki, bu kamasutra və ya dekamironu götürüb yeniyetmələrə oxumaq deməkdir. Amma əslində isə bu belə deyil. Cinsi tərbiyyə sırf yeniyetmənin fərdə çevrilmə prosesidir. Yəni bir qızcığazdan necə bir xanımın formalaşması, bir oğlan uşaqından necə bəyəfəndinin yetişdirmək lazımdır budur nəzərdə tutulan. Bu tərbiyyə istər fizioloji istər psixoloji istər gender və sosial baxımından düzgün aparılmadığına görə çox böyük maarifsizlik var.  Uşaqlar küçədə özündən bir yaş iki yaş böyük olandan məlumat alırlar. Sabah o uşaq həyat yoldaşıyla düzgün intim münasibət də qura bilməz. Ona görə də belə deyim ki, Azərbaycanda boşanan ailələrin böyük əksəriyyətində intim maarifin yerində olmamağı durur. İkinci yerdə kənar müdaxilələr. Valideynlərin müdaxiləsi. Adətən oğlan tərəfdən olur amma qız tərəfdən də ola bilir. Əvvəllər keçmiş zamanlarda belə bir ənənə var idi. Həmişə ağsaqqal ağbirçək müdaxilə edirdi və iti bucaqları hamarlayırdı. Hərkəs özününkünə təpinirdi. Hamı ailəni qorumağa çalışırdı. Amma indi mən çoxlu sayda gənc ailələr tanıyıram ki, aralarında olan problemi gizlədirlər ki, atası anası bilsə böyük bir intriqaya çevirəcəklər və konflikt yaradacaqlar. Yəni çox heyif ki, bəzi ailələrdə böyüklər ailənin qorunmağına deyil problemin daha da çox genişlənməyinə və ailənin laxlamağına gətirib çıxarırlar. Bu ikinci yerdə duran bir səbəbdir. Üçüncü yerdə iqtisadi səbəblər durur. Biz bunu danmamalıyıq. Təsəvvür edin bir gənc ailə onun hansısa xarici bir ölkədə gələcək planları var. O bilir ki, universiteti bitirəcək, iş tapacaq, münasib qiymətə ipoteka alacaq, ev əldə edəcək. Gəlin özümüzü aldatmayaq. Düzdür ailə qurarkən ilkin səbəb orada hisslərin, hörmətin və s. olmağıdır. Amma evlənmək sözünün kökü elə evdən başlayır. Yəni ailə qururlarsa onların yaşamağa örtüyü də olmalıdır da. Azərbaycanda elə bir sosial proqramlar yoxdur. Ailə qurulan gənclər sanki küçədə qalmış kimi olur. Əgər ona valideynin yardımı yoxdursa əgər valideynin hər-hansı bir bəxşişi yoxdursa çətin olur. Əgər oğlan tərəf ailəni evlə təmin edirsə sabah başqa problemlər ortaya çıxır. Ana ata işlərə, uşaqlara qarışmağa başlayır. Məsələn mən bunu düyü sıyığında böyütmüşəm siz də mən deyəni eləməlisiniz. Dolayısı yolnan kontekst altı budur ki, evi mən verirəm, sizi mən saxlayıram siz də mən deyəni etməlisiniz. Gənclərin iqtisadi asılılığı, qeyri-münasib ipoteka şərtləri ona gətirib çıxarır ki, bəzən ən saf hisslər belə başlayır laxlamağa. Bir yaşlı qadın demişdir: Sevirəm deməklə qarın aclığını ödəmək mümkün deyil. Hətta vəhşi heyvanlar belə ailə qurarkən özlərinə yer tapırlar, orada yuva qururlar daha sonra gedib özünün tayını tapır və gəlir orada dünyaya övlad gətirirlər. Üçüncü yerdə iqtisadi səbəblər, 4-cü yerdə bir-çox səbəblər kimi psixoloji qeyri-kompromis məsələsi durur. Fikir versəniz bu dəqiqə cəmiyyətin hər yerində qeyri-kompromis var. İnsanlar xırda şeyləri bir biirnə güzəştə getmir. Bəzən məhkəmədə görürük insanlar bir kərpic söhbəti edirlər. Hansı ki, o bir kərpic o tərəfdə ya bu tərəfdə olsa da heç birinə heç nə qazandırmır. İstifadə olunmayacaq bir erazidir həmin evlər üçün.  Amma onun üstündə kompromisə heç kim getmir deyə dava yaranır. Görün ailədə necə? Qız dediyinin üstündə durur, oğlan dediyinin üstündə durur. Ona görə də görürsünüz konflikt yaranır. Konfliktlər böyüyür, böyüyür ciddi problemə çevrilir. Bilirsiniz bu boşanan insanları analiz edəndə bəlli olur ki kökündə xırda psixoloji problemlər dayanır. Qar topasının belə bir xüsusiyyəti var. Dağın başından balaca bir qar topasını atırsınız və o diyirlənə diyirlənə öz üzərinə çoxlu qar toplayır. Dağın ətəyinə çatanda artıq fəlakət qədər böyük bir qar topası olur və insanları məhv edir. Xırda psixoloji səbəblər əvvəlcədən yaranır və onları heçkim düzgün qaydada həll etmir. Zaman keçdikcə onlar böyüyür böyüyür axırda da çat gətirir.

 

Etiketlər :