Stress

Necə stressiz yaşamaq olar?

319 izlənmə

Paylaş

 

0

Elmir Əkbər

Psixologiya

Paylaşılma tarixi

25 aprel 2016 12:59

Arzuolunmaz vəziyyətə düşməmək üçün nə etmək lazımdır? Yəni distress yaşamamaq üçün nə etməliyik? Dünyada ən gözəl müalicə vaxtında aparılmış düzgün profilaktikadır. Biz gərək həyatımızı elə yaşayaq ki, sabahı gün bizim üçün stressogen fakrotları minimuma endirə bilək. Və yaxud da qəfildən yaranarsa da onun öhdəsindən gələ bilək. Yəni nəyə nəzərdə tuturam? Təsəvvür edin ki, bir uşağa ağır bir daş versək onu qaldıra bilərmi? Yox. Ancaq onu biz balaca bir daşla məşq elətdirsək axırda həmin ağır daşı qaldıra biləcək. Yəqin hamımızın yadımızdadır. Dahi Nizaminin Fitnə əsəri. Orada qız körpəlikdən buzovu çiynində qaldırır bir qəsrin başına ta ki o vaxta qədər ki, buzov böyüyür kəl olur kəl öküz olur yenə də onu çiynində daşıya bilir. Çünki artıq ona öyrəşibdir. Yəni orqanizmi tədricən, yavaş yavaş hazırlamaq lazımdır. Həm fiziki cəhətdən, həm psixoloji cəhətdən hazırlamaq lazımdır. Bundan əlavə olaraq bizim əlavə vasitələrimiz olmalıdı əlimizdə. Nə? Məsələn normal inkişaf etmiş cəmiyyətlərdə insanların hobbiləri var. Həmin hobbilər bizə distress şəraitində qoruyucu funksiya daşıyır. İnsanlar kolleksiya toplayırlar, insanları maraqlandıran hansısa bir incəsənət nümunələri olur. Kimsə rəsm çəkir, kimsə hansısa bir musiqi alətində ifa edir, kimsə oxumağı bacarır. Hamı mülət şəkildə idmanla məşul olur. Ev heyvanları ilə maraqlanırlar. Bitkilərlə maraqlanırlar. Kitab oxuyurlar. Bu gün bizim ağrılı tərəfimiz də odur ki, insanlar mütaliə etmirlər. Bütün bunlara riayət edən insan, xülasə sağlam həyat tərzi sürən insan həmişə distresə qarşı davamlı olur. Yox əgər insanda bu vasitələr yoxdursa, heç birinə riayət etmirsə, həyatı nizamında getmirsə distress vəziyyəti olanda ilk növbədə mütləq mütəxəssisə müraciət etsinlər. Çünki axır əvvəl onlar psixoterapevtə gəlib çıxırlar. Amma vaxt keçdikcə yaranmış situasiyanın onlara vurduğu zərbə dərinləşir. Və onu aradan qaldırmaq çox çətin olur. Çünki məsələn beyində o hormon mediatrlarının yəni serotanin, dofamin, noradrenalin faizi dəyişir və sonra onu dərmansız bərpa etmək çox çətin olur hətta mümkün olmur. Ona görə də əgər insan o vəziyyətə düşübsə təcili olaraq mütlər mütəxəssisə müraciət etməlidir. Bundan da əlavə gəlin bir birimizə biganə olmayaq. Qonşular, qohumlar maraqlanaq bir – birimizlə. İnsan əgər fikirlidirsə, insan əgər dərd çəkirsə baxaq görək səbəbi nədir. Biz ünsiyyətdən uzaq düşmüşük. Ona görə də bizim distress problemlərimiz çox artıb. Əvvəl telefon çıxdı biz bir birimizi görmədən ancaq səsini eşitdik. Sonra kompüterin arxaında yazışmağa başladıq heç səsi də eşitmədik. Adamı görəndə nə qədər yaxşıyam desə də görürsən ki, vəziyyəti yaxşı deyil. Soruşursan, qılığına girirsən. Dərd elə şeydir ki, bölüşəndə azalır, sevinc elə şeydir ki, bölüşəndə artır. Yəni bizim bir birimizdən biganə uzaq düşməyimiz və təbiətdən uzaq düşməyimiz ona gətirib çıxarır ki, bu gün distress şəraitində insanlar infarkt, insult və digər xəstəlikərdən dünyalarını dəyişirlər və bir faktdır ki, bütün xəstəliklərin kökündə psixoloji distresslər durur. İstər onkoloji xəstəliklər olsun məsələn astma, mədə bağırsaq xorası, qastrid bütün bu xəstəliklərin kökündə psixoloji faktolar durur və bu da distressdən irəli gələn bir məslədir.

Etiketlər :