Stress

Nələr stress rolunu oynaya bilər?

287 izlənmə

Paylaş

 

0

Elmir Əkbər

Psixologiya

Paylaşılma tarixi

25 aprel 2016 12:58

Nələr stress rolunu oynaya bilər insan üçün? Adətən biz bunu iki yerə bölürük. Xroniki stress – yəniki bəzən görürsünüz ən böyük dalğanın vurub sındıra bilmədiyi bir daşı bir damcı tökülə tökülə deşir. Yəni xroniki stress belədir. Bir insanın həyatında nəsə bir şey baş verir və onu belə deyək tükəndirir tükəndirir yavaş yavaş o həddə çatdırır ki, artıq insan ya əsəb xəstəliyi tapır ya orqanizmində digər somatik xəstəliklər yaranır cavab reaksiyası olaraq. Və yaxud da kəskin stress. Məsələn insana xəbər verirlər ki, nəsə bir hadisə baş verib. Çox yaxın bir insanı tələf olub. Və ya başqa bir bədbəxt hadisə baş verib. İnsan ani olaraq şok yaşayır. Yəni xülasə, insanın yaşadığı aldığı bu hadisələr, bu fenomenlər hamısı orqanizmdə bir cavab reaksiyası yaradır. Ancaq stressin özəlliyi var. Hər cavab reaksiyasına, hər adaptasiyaya, hər baş verən prosesə biz stress deyə bilmərik. Stressdə bir çüddət fərqi var. Mən indi terminlərdən danışmaq istəmirəm. Burada insanın beyninin hipotalamus, hipofizin iştirakı mütləq vacib olur. Orada limbik sistemdə müəyyən bir dövriyyə prosesləri gedir. Ali beyin strukturları işə qarışır. Burada neyrohumoral tənzimləmə baş verir. Yəni istər sinir sistemi istərsə də hormonal sistem tərəfindən müəyyən cavab reaksiyaları yaranır ki, ancaq bunlar yaranandan sonra biz ona stress deyə bilərik. 

Etiketlər :