Stress

Stress nədir?

324 izlənmə

Paylaş

 

0

Elmir Əkbər

Psixologiya

Paylaşılma tarixi

25 aprel 2016 12:57

Əslində stress deyəndə, bilmirəm bu reklamların nəticəsidir ya yox insanların təsəvvüründə ən mənfi şeylər canlanır. Həyatda bu çox vaxt belə olur. Biz ağrıya nifrət edirik. Biz qandan qorxuruq. Ancaq bilmirik ki, ağrıdır, qandır, hətta sressin özüdür bunlar bəzən bizim həyatımızda xilasedici rol oynayır. Təbabətin də öz fəlsəfəsi vardır. Ağrı necə yaranır? Məsələn insanın burasında bir ağrı yaranmazsa insan heç vaxt oturub düşünməz ki, görən bura mikrob düşüb ya yox. Ağrı bizim diqqətimizi ora cəlb edir ki, burda nəsə problem var ha müalicə olun yoxsa həyatını itirə bilərsən. Bir sual yenə yaranır. Heç fikirləşmisinizmi qan niyə qırmızı rəngdədir? Axı qırmızı rəng bizi qorxudur. Məhz elə ona görə də qan qırmızı rəngdədir. Niyə görə orada kobalt, nikel deyil məhz dəmirdir. Ona görə ki, dəmir qırmızılıq verir. Deyilənə görə dünyada çox az insan var ki, onların qanında dəmir əvəzinə kobalt varvə onların qanı mavi rəngdədir. Qanın qırmızı olması odur ki, diqqəti cəkb edir. Qan yaranan kimi insan görür, təlaşlanır və həyatını xilas etməyə can atır. Stress də belədir. Sressdən danışanda biz elə bilirik ki, stress çox pis birşeydir. Əslində isə stress yaranmış həyat təhlükəsinə, qorxulu bir hadisəyə, durumə cavab reaksiyasıdır. Yəni orqanizmin səfərbər olaraq yaranmış o stressagen səbəbə qarşı birləşməsi, səfərbər olmasıdır. İlk dəfə termin olaraq Hansseliye elmə gətirmişdir. Səhv etmirəmsə o bir şəhərdən digər şəhərə böyük çənlərdə akvarium balıqları aparırmış. Görür ki, bu balıqlar üçün ideal şərait yaradıblar. Təmiz su, günəş vurur, çən qızır və bunlar da meyxoş meyxoş bu şəhərdən digərinə gedirlər ancaq balıqların çoxu yolda tələf olur. Bir dəfə götürür ora bir yırtıcı balıq atır. Yırtıcı balıq yol boyu bu balıqları o baş bu baş qovur. Bir ikisini də tutur yeyir. Amma yerdə qalan balıqlar hamısı sağ-salamat gedir çatır mənzil başına. Onda ağlına gəlir ki, yəqin burada yırtıcı balıq faktoru nəsə bir rol oynayır. Bundan sonra artıq başlayır heyvanlar üzərində çox saylı təcrübələr keçirməyə. Və sübüt etdi ki, doğrudan da həyatda hansısa stressogen faktor olmalıdır. Deyirik ki, bəzən bəzi ölkələrdə həddən artıq rifah içində yaşayan, heçnə düşünməyən, heçnəyin dərdini çəkməyən insanlar da həyatda yaşamaq istəmir. Çünki stressogen faktor yoxdur onun həyatında. Bizim üçün qorxulu olan nədir? Qorxulu olan, əslində distressdir. Yəni insan hansısa bir çətin vəziyyətə düşür, hansısa bir stressogen faktor var məsələn mənfi xasiyyətli qaynana, çox pis xasiyyətli şef və ya pis bir qonşu hansı ki, stressogen faktordur. Stress olaraq da orqanizm onun mübarizəyə başlayır. Və günlərin bir günü artıq orqanizmin daxili potensialı tükənir. Nəticədə distress yaranır. Bizim qorxduğumuz mənfi birşey əslində distressdir. 

Etiketlər :