Gecə - gündüz tortu

Gecə - gündüz tortu necə bişirilir?

777 izlənmə

Paylaş

 

8

EkspertTV

Ümumi

Paylaşılma tarixi

16 may 2016 08:15

Biskvitin hazırlanması üçün tələb olunan ərzaqlar

  1. 10 ədəd yumurta
  2. 400 qr şəkər tozu
  3. 4 xörək qaşığı duru yağ
  4. 2 paket qabartma tozu
  5. 2 paket vanil
  6. 3 xörək qaşığı kakao
  7. 100 qr qoz ləpəsi
  8. Təxminən 300qr un

Krem üçün tələb olunan ərzaqlar

  1. 2 qutu qatılaşdırılmış süd
  2. 400 qr kərə yağı

Biskvitin hazırlanma qaydası

5 ədəd yumurta kopuklənənə qədər mikserlə çalınır. Üzərinə 200 qr şəkər tozu əlavə olunub, yenidən mikserlə çalınır. 2 xörək qaşığı duru yağ, 1 paket vanil və 1 paket qabartma tozu əlavə olunub qaşıqla qarışdırılır. Üzərinə biskvit kütləsi əmələ gələnə qədər un əlavə olunur. Qaşıqla həmcins kütlə əmələ gələnə qədər qarışdırılır. Daha sonra qaba duru yağ fırça ilə çəkilir, üzərinə un səpilir. Xəmir kütləsi unlanmış qaba tökülüb, sobaya 180-200 dərəcə C tempraturda bişməyə qoyulur.

İkinci biskvit də eyni qayda da hazırlanır, lakin biskvit kütləsi hazır olduqda, sonda ona 3 xörək qaşığı kakao əlavə olunur. Nəticədə tünd biskvit alınır.

Kremin hazırlanma qaydası

Əvvəlcədən otaq tempraturunda isidilmiş 400 qr yağ mikserlə dərin qabda çalınır. Rəngi ağardıqda üzərinə qatılaşdırılmış 2 qutu süd hissə-hissə əlavə olunub çalınır.

Tortun hazırlanma qaydası

 Krem hazır olduqdan sonra biskvitlər kremlənir və kənarlarından hazırlanmış ovuntularla üzəri örtülür. Biskvitlərin arasına zövqə görə xırdalanmış qoz ləpəsi də səpmək olar.

 

Etiketlər :