Maliyyə hesabatları

Maliyyə hesabatları nədir?

464 izlənmə

Paylaş

 

5

Elsevər İbadov

Mühasibat Uçotu

Paylaşılma tarixi

22 iyun 2016 16:52

Maliyyə hesabatı, maliyyə və idarəetmə uçotunun nəticələridir. Lakin, bir qayda olaraq maliyyə hesabatları dedikdə maliyyə uçotunun hazırladığı müvafiq hesabatlar nəzərdə tutulur. İdarəetmə uçotunun hesabatlarında forma, mövzu və istifadəçilər fərqli olduğu üçün onlar diqqətə alınmır. Maliyyə hesabatlarının məqsədi iqtisadi qərarların qəbul edilməsində geniş istifadəçi auditoriyasının müəssisənin maliyyə vəziyyəti nəticəsi və maliyyə vəziyyətində dəyişikliklər haqqında faydalı məlumatla təmin etməkdir. Maliyyə hesabatlarının təqdim edilməsi üzrə həm beynəlxalq həm də milli mühasibat uçotu standartları var. Sözü gedən hesabatlarda 5 maliyyə hesabatının təqdim edilməsindən bəhs edilir ki bunlar: Maliyyə vəziyyəti haqqında hesabat; Maliyyə nəticəsi haqqında hesabat; Pul vəsaitlərinin hərəkəti haqqında hesabat; Kapitalda dəyişiklik haqqında hesabat; İzahlı qeydlər və uçot siyasəti. Maliyyə hesabatları aylıq, rüblük və ya illik olaraq hazırlanır. Hesabatların hazırlanması ən az ildə bir dəfə həyata keçirilməlidir.

Etiketlər :