Cemli rulet

Cemli rulet necə hazırlanır?

326 izlənmə

Paylaş

 

6

Səidə Əsgərova

Kulinariya

Paylaşılma tarixi

25 iyun 2016 10:17

Bu gün sizə cemli rulet hazırlayacağıq. Cemli rulet üçün lazım olan ərzaqlar.

5 yumurta

1 stəkan şəkər tozu

1 stəkan un

1 vanil

1 qabartma tozu

Heyva cemi

Şəkər pudrası

 

5 yumurtanı əvvəlcə mikserlə çalırıq. Test hazır olana yaxın qabartma tozunu və vanili tökürük. Test hazır olduqdan sonra unu az-az tökürük və taxta qaşıqla qarışdırırıq. Mikserlə qarışdırmaq olmaz. Testi hazırladıqdan sonra test tökəcəyimiz qabı götürürük və həmin qabın içinə yağlanmış kağız qoyuruq. Və həmin kağızı bir balaca yağlayırıq ki, testi götürmək asan olsun. Testi tökürük. Testi tökdükdən sonra həmin qabı qoyuruq sobaya. Bu test hazırdır. Testi götürürük. Cemi tökürük. Hansı meyvədən istəsəniz cem ola bilər. Cemi yayırıq. Daha sonra onu rulet kimi bükürük. Hazır olduqdan sonra üstünə şəkər pudrası tökürük. Ruletimiz hazır olduqdan sonra qaba qoyuruq, kəsirik. Nuş olsun.

Etiketlər :