Quzu ətindən tava kababı

Quzu ətindən tava kababı necə hazırlanır?

277 izlənmə

Paylaş

 

4

Səidə Əsgərova

Kulinariya

Paylaşılma tarixi

25 iyun 2016 10:19

Bu gün biz sizə quzu ətindən hazırlanmış tava kababı bişirəcəyik. Bunun üçün 6 nəfərlik bir kg quzu əti götürülür, doğranılır, tavaya düzülür. Düzüldükdən sonra heç nə əlavə edilmədən vam odda qazın üstünə qoyuruq. Bir baş soğanı halqa-halqa doğrayırıq. Onun üzərinə keşniş doğrayırıq. Bir balaca istiot əlavə edirik. Və duz əlavə edirik. Hazır olduqdan sonra hazırladığımız keşniş və soğanı üstünə töküb servis edirik. Quzu ətindən bişirilmiş tava kababımız hazırdır. Nuş olsun.

1kg-quzu əti

1 ədəd soğan

1 dəstə keşniş

Duz, istiot

Etiketlər :