Paytaxt salatı

Paytaxt salatı necə hazırlanır?

217 izlənmə

Paylaş

 

0

Səidə Əsgərova

Kulinariya

Paylaşılma tarixi

04 iyul 2016 09:17

Bu gün biz paytaxt salatı hazırlayacağıq. Paytaxt salatını hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır.

Ərzaqlar:

  • 400 qr mal əti
  • 400 qr yaşıl noxud
  • 3 ədəd böyük kartof (və ya 6 ədəd kiçik kartof)
  • 5 ədəd yumurta
  • 4 ədəd kök
  • 3 ədəd yeni xiyar
  • 5-6 ədəd turş xiyar
  • 3-4 ədəd turp
  • Mayonez
  • Smetan
  • Şüyüd
  • Duz
  • Istiot

Mayonez və smetan bu ərzaqlara uyğun olaraq qatılır. Qarışdırıldıqda bilinir ki, o salat hazırdır o zaman dayandırılır. Hər kəs öz zövqünə görə doğrayır. Xırda da doğramaq olar biraz orta da doğramaq olar. Kvadrat və ya uzunsov da doğramaq olar. Kim necə istəyir o cür doğraya bilər. Kartofdan sonra kökü doğrayıram. Yumurtanın bəzən sarısı da vurulir bəzən vurulmur. Biz onların hamısını bir-bir doğradıq qaba tökdük. Lap axırda biz ona yaşıl noxudu tökürük. Yaşıl noxudu tökdükdən sonra duz, istiot əlavə edirik. Lap axırda isə mayonez və smetan qatırıq. Beləliklə bizim paytaxt salatımız hazırdır. Nuş olsun. 

Etiketlər :