Karyera planlaması

Karyera planlamasının işçi və şirkət üçün önəmi nədir?

240 izlənmə

Paylaş

 

1

İlkin Məcidov

Karyera planlama

Paylaşılma tarixi

05 iyul 2016 09:52
  1. Karyera planlama mərkəzi elə bir sahədir ki, burada yaş və sahə məhdudiyyəti yoxdur. Siz buna başlamaq istəsəniz nə yaşa nə də sahəyə görə məhdudlaşdıra bilməzsiniz. Hər sahədə hər yaşda bunu edə bilərsiniz. Məsələn necə ki, Memar Sinan əlli yaşında qərar vermişdir ki, memar olacaq və dünyada sayılıb seçilən memarlardan oldu. Ancaq bu o demək deyildir ki, biz hamımız əlli yaşı gözləməliyik və bu o demək deyildir ki, ancaq sahəmiz memarlıq olmalıdır. Şəxsiyyət yəni fərd olaraq və şirkət olaraq karyera planlama mərkəzi nə işə yarayır o haqqda danışaq. Fərd olaraq karyera planlama məsələn bir insan xarici səfərə çıxdığı zaman, hər-hansı bir ünvana yola düşdüyü zaman həmin ünvanı əvvəlcədən bilməlidir və ona görə tədarük görməlidir. Məsələn nə geyinəcək, hansı vasitələrdən istifadə olunacaq, gəzərək gedəcək yoxsa hər-hansı nəqliyyatdan istifadə edəcək bütün bunları əvvəlcədən ünvana görə müəyyənləşdirməlidir. Fərdi inkişaf da bununla bağllıdır. Fərdi inkişaf olması üçün ilk növbədə hədəf bəlli olmalıdır. Karyera planlanmalıldır. Daha sonra bilinməlidir ki, mənim gedəcəyim yol haradır və ora mən necə çıxacam. Fərd özünün karyera planlamasını qurması üçün ilk öncə özünü tanımalıdır. Özünü şəxsiyyət olaraq bilməlidir. Əmək bazarına da o cür hazırlanmalıdır. Şirkət olaraq karyera planlama isə şirkətin hədəfi, adı, loqosu ilk öncə hazırlanmalıdır və bu şirkət əmək bazarında hansı əsaslara görə işləməlidir, o bəlli olmalıdır. Bunlar hamısı karyera planlamanın içindədir. Mənim şirkətim adı bu olacaq, sloqanı bu olacaq, loqosu bu olacaq və gördüyü işlər bunlar olacaq. Və mənim sahəmdə fəaliyyət göstərən əməkdaşları bu sahədə yetişdirəcəm və mənim neçə əməkdaşım olacaq. Bunlar hamısı karyera planlamaya aid olan bir şeylərdir. Nəticə olaraq belə bir qərara gəlinir ki, fərd və şirkət karyera planlamasız mövcud ola bilməz. Fərd özünü yetişdirmək istəyirsə, mövcud əmək bazarına uyğunlaşdırmaq istəyirsə ilk öncə karyera planlamanı bilməlidir. Şirkət də öz mövcudluğunu sübut etmək istəyirsə, uzun vadəli bir yola çıxmaq istəyirsə ilk öncə karyera planlaması olmalıdır.  
Etiketlər :