Şərq və qərb ailə tipləri arasındakı fərqlər

Şərq və qərb psixo - sosial münasibətlər sistemi arasında hansı fərqlər var?

182 izlənmə

Paylaş

 

0

Taryel Faziloğlu

Psixologiya

Paylaşılma tarixi

14 iyul 2016 10:53

Şərq və qərb psixo-sosial münasibətlər sistemində fərqlər münasibətlərdədir. Yəni şərq psixo-sosial münasibətlər sistemi daha çox toplumsaldır. Yəni loru dildə desək cəmiyyətin qəbul etmədiyi bir şey günahdır. Cəmiyyət bir şeyi qəbul etmirsə onu bir adamın etməsi günah sayılır və cəmiyyətin kəskin etirazı ilə qarşılaşır. Ona görə də bir çox insane xas olan və əsasən də onun cinsəl və sosial təlabatlarının ödənməsini təhrik edən hormonal inkişaf şərqdə doğru qəbul edilmir hətta günah səviyyəsində qəbul edilir. Cəzaları da çox ağırdır. Ona görə də şərqdə yaranmış inanclar və adət ənənələrdə o tip hərəkətlər ciddi cəzayla müşahidə olunur. Qərb psixo-sosial münasibətlər fərdiyyət üzərinədir. Yəni bir şəxsin özünə layiq bildiyi və etmək istədiyi hər bir şey qanuni şəkildə cinayət deyilsə tam normal qarşılanır. Və onun etdiyi heç bir şeyə etiraz edilmir. Və buna görə də onlar özlərinə və ətrafa qarşı davranışlarında daha sərbəst olurlar və buna görə də qısa müddətli münasibətlər onlarda xarakterikdir. Buna görə də onların bütün adət ənənələrində əsasən fərdi xüsusiyyətlər daha qabarıqdır. Yəni bir insanın etmək istədiyi şeylər ona aid şeylərdir. Başqalarının ona reaksiya verməsi, etiraz etməsi adətən qəbul edilmir. İstər onların adət ənənələrini istər nağıllarını götürsəniz istərsə də müasir münasibətlərində bu normaldır.

Etiketlər :